
Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurub.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, "Krılya Sovetov"un futbolçusu XVI turdan təxirə salınmış oyunda səfərdə "Orenburq"a 1:3 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolunun müəllifi olub.
O, 12-ci dəqiqədə penaltidən fərqlənib. Start heyətdə meydana daxil olan 23 yaşlı oyunçu 82-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Krılya Sovetov" hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Əlavə edək ki, bu, Ramil Şeydayevin Rusiya Premyer Liqasında meydana çıxdığı beş oyunda dördüncü qoludur (ikisi penalti ilə).
Nyus.Az

























