
Ukrayna Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi "Aleksandriya" evdə lider "Şaxtyor"la qarşılaşıb. Görüş Donetsk klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bir müddətdir zədədən əziyyət çəkən Paşayevin adı qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Aleksandriya" hazırda çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 41 xalla 3-cü pillədə qərarlaşıb.
Nyus.Az

























