
Aktrisa Ancelina Coli "Marvel" şirkətinin "Ölümsüzlər" adlı yeni filmində rol ala bilər.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumatı "Deadline" portalı yayıb.
Hazırda filmin rejissoru Xloya Çjao ilə danışıqlar aparılır. X.Çjaonun filmi şüurlu kosmik varlıqlar olan Tselestiallar tərəfindən yaradılmış superinsanlar irqindən - Ölümsüzlərdən söhbət açacaq. A.Colinin hansı rolu ifa edəcəyi hələlik açıqlanmır.
"Disney" şirkəti aktrisa ilə danışıqlar barədə informasiyanı şərh etməyib.
Nyus.Az

























