
2018-ci ildə planetdə karbon qazı (CO2) tullantıları 560 milyon ton artaraq 33 milyard tondan çox olub ki, bu da tarixi maksimal hədd hesab olunur. Buna enerji ehtiyatlarına tələbatın 2,3 faiz artması və ekstremal hava şəraiti səbəb olub.
Nyus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında bildirilir.
IEA-nın rəhbəri Fatih Birolun sözlərinə görə, enerji ehtiyatlarına tələbatın əhəmiyyətli dərəcədə artması bir çoxları üçün gözlənilməz olub və qlobal iqlimlə bağlı ölkələrin qarşılarına qoyduqları məqsədə çatmalarında çətinliklər yaradıb. "Biz enerji ehtiyatlarına dünya tələbatının qeyri-adi artımını müşahidə edirik. Bu artım hazırkı onillikdə ən sürətli templərlə inkişaf edir", - deyə "Financial Times" qəzeti Biroldan sitat gətirir. Eyni zamanda, onun fikrincə 2019-cu ildə enerji ehtiyatlarına tələbatın bu cür artım tempini çətin ki, gözləmək olar.
Nyus.Az

























