
Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxacaq.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, komandamız Sloveniyadakı Podçetrtek İdman Sarayında keçiriləcək görüşdə Hollandiya ilə qarşılaşacaq.
Qeyd edək ki, yığmamız ilk görüşdə Kiprə 1:7 hesabı ilə uduzub. Hollandiya isə Sloveniyaya 5:4 hesabı ilə qalib gəlib.
28 mart
Avropa çempionatının əsas mərhələsi
19:30. Hollandiya - Azərbaycan
Nyus.Az

























