• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
27-03-2019, 01:34

“İbrahim” surəsi

“İbrahim” surəsi

"İbrahim" surəsi Məkkədə nazil olmuş və 52 ayədən ibarətdir. Amma surənin "Bədr" döyüşündə öldürülənlərə həsr olunmuş 28-29-cu ayələri Mədinədə nazil olmuşdur. Surənin adından məlum olduğu kimi, onun bir hissəsində bütsındıran İbrahim peyğəmbər (ə), onun müjdələri, moizələri və duaları haqqında söz açıldığından, surə "İbrahim" adlandırılmışdır. Surənin digər hissəsində Nuh və Musa kimi keçmiş peyğəmbərlərdən, "Ad"və "Səmud" qövmündən, onların sərgüzəştlərindəki ibrət dərslərindən danışılır.

"İbrahim" surəsi də əvvəlki "Yunus", "Hud" və "Yusuf" surələri kimi, "müqəttəə hərfləri" - "Əlif, Lam, Ra" ilə başlayır və müqəttəə hərfləri ilə başlanılan surələrdə Quranın əzəməti və vəsfindən danışıldığından, bu surənin də ilk ayəsində Quran vəsf edilir və buyurulur:

الَر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَى صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

"Əlif, Lam, Ra! (Ya Rəsulum! Bu Quran) elə bir kitabdır ki, onu sənə insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura (küfrdən imana) - yenilməz qüvvət sahibi, həmd-sənaya layiq olan Allahın yoluna çıxartmaq üçün nazil etmişik."

Bu surənin ilk ayəsində Quran və onun vəsfindən, insanların Quran vasitəsilə zülmətlərdən nura çıxmasından söz açıldığı kimi, son ayəsi, yəni 52-ci ayəsində də Qurandan, onun vəsfi və hidayətə təsiri, moizə və nəsihət olmasından danışılır. Həmin ayədə buyurulur:

هَـذَا بَلاَغٌ لِّلنَّاسِ وَلِيُنذَرُواْ بِهِ وَلِيَعْلَمُواْ أَنَّمَا هُوَ إِلَـهٌ وَاحِدٌ وَلِيَذَّكَّرَ أُوْلُواْ الأَلْبَابِ

"Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın yeganə məbud olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!

Surənin ortalarında müşriklər təhdid edildikdən sonra, "tövhid nişanələri"ndən söhbət olunur, Allahın bəzi nemətlərinə toxunulur və tövhid qəhrəmanı həzrət İbrahimin (s) sərgüzəşti nümunə olaraq göstərilir. Surənin 35-41-ci ayələrində o həzrətin duaları, raz-niyazı və öz əhli-əyalını Məkkə səhralığında Allaha tapşırmasından danışılır. 37-ci ayədə buyurulur:

رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ

"Ey Rəbbimiz! Mən öz övladlarımdan (birini) (İsmaili və anası Hacəri) Sənin evinin (Kəbənin) kənarında, əkin bitməz bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar (lazımınca) namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlblərini onlara meyilləndir. Onlara meyvələrindən ruzi ver ki, bəlkə (nemətinə) şükür edələr!"

Tarixdə göstərilir ki, İbrahim (ə) Şam diyarında yaşayırdı. Allaha ona Hacər adlı kənizdən İsmaili əta etdi. İbrahimin birinci zövcəsi Sara övladı olmadığından nigaran oldu. Hacər və İsmailin hüzuruna dözə bilmədi. İbrahimdən istədi ki, onları başqa bir yerdə sakin etsin. İbrahim (ə) Allahın əmrinə əsasən, onun istəyini qəbul etdi. Onları Şamdan susuz-otsuz Məkkə diyarına apardı və onlarla xudafizləşib geri döndükdə, Hacər, həyat yoldaşı İbrahimə dedi: "Bizi bu qorxulu, susuz yerdə yalqızmı qoyursan?" İbrahim (ə) dedi: "Allah mənə belə fərman vermişdir." Hacər Allaha və əri İbrahimin (ə) peyğəmbərliyinə iman gətirmiş bir qadın olduğundan, arxayınlıqla dedi: "Əgər Allah belə fərman vermişdirsə, deməli, o bizi unutmayacaqdır." Beləcə, Hacər və övladı İsmayıl yalqız halda quru və susuz vadidə qalmalı oldular. Hacər özü ilə gətirdiyi su qurtardıqdan sonra, İsmail təşnə olduğu zaman Məkkənin susuz səhralığında su axtarmağa başladı və hacıların bu gün "səy" etdiyi "Səfa" dağına tərəf qaçdı, dağın zirvəsinə qalxdı. O, dərəyə nəzər saldıqda, ilğımı su düşünüb dərəyə tərəf qaçdı, amma bir şey görmədi. Hacər qaça-qaça İsmailə tərəf qayıtdı. Uşaq ağlayır və qışqırırdı, su istəyirdi. Hacər ümidlə Mərvə dağına baxdı ki, bəlkə orada su olar! Dağa tərəf qaçdı, yenə də ilğımdan başqa bir şey deyildi. Hacər Səfa və Mərvə dağları arasında qaçırdı. O, bunu yeddi dəfə təkrarladı. Son dəfə Mərvə dağına qalxdıqda, İsmailin ağlamaq səsi kəsilmişdi. O, oğlu İsmailin canının təhlükədə olmasından qorxdu. Var gücü ilə qaçmağa başladı, uzaqdan gördü ki, İsmail sakitdir və ayaqlarını tərpədir. Kiçik ayaqlarının altından su bulağı qaynayır, qumların arasından su axırdı. Hacər, susuzlar ondan su içsinlər deyə, tez suyun yan-yörəsində kiçik bir hovuz düzəltdi. O, sonralar "Zəmzəm" quyusu adı ilə məşhurlaşdı.

Bir gün Curhum qəbiləsi o dərənin yaxınlığından keçərkən quşların göydə uçduğunu gördükdə, bildilər ki, dərədə su vardır. Ona görə də, həmin yerə yollandı və dərənin yaxınlığında çadır qurub, o dərədə sakin oldu. Yavaş-yavaş Məkkə diyarı yaşayış məntəqəsinə çevrildi. ("Təfsiri-nümunə", Ayətullah Məkarim Şirazi, 10-cu cild, səh.259-260 və 362-363 "İbrahim" surəsinin təfsiri; "Nur təfsiri", Ustad Qəraəti, 6-cı cild, "İbrahim" surəsinin təfsiri; "Surələr gülüstanı", Məhəmmədhüseyn Cəfəri, səh.90.)

"İBRAHİM" SURƏSİNİ TİLAVƏT ETMƏYİN FƏZİLƏTİ

Peyğəmbəri-Əkrəmin (ə) belə buyurduğu nəql olunmuşdur:

من قرأ سورة إبراهيم عليه السلام و الحجر أعطي من الأجر عشر حسنات بعدد من عبد الأصنام و بعدد من لم يعبدها

"Hər kim "İbrahim (ə) və "Hicr" surələrini oxusa, bütə pərəstiş edən və pərəstiş etməyənlərin sayından on dəfə çox ona savab verilər." ("Məcməül-bəyan", 4-cü cild, səh. 193.) (milli.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az