
Avro-2020 seçmə mərhələsində E qrupunda çıxış edən Uels doğma meydanda Slovakiyanı qəbul edib. Nyus.Az Trend-ə istinadən bildirir ki, oyun ev sahibi komandanın minimal qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 5-ci dəqiqədə D.Ceyms vurub.
Bununla da, Uels və Slovakiya yığmaları 3 xalla toplamaqla 1-2 yerlərdə qərarlaşıblar.
Nyus.Az

























