• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
25-03-2019, 09:18

Yaşlanmanı dayandırmağın YOLU - Psixoloji yaşla bağlı İNANMAYACAĞINIZ FAKTLAR

Yaşlanmanı dayandırmağın YOLU - Psixoloji yaşla bağlı İNANMAYACAĞINIZ FAKTLAR

Hamı yaxşı bilir ki, pasport yaşı ilə bioloji yaşın heç bir əlaqəsi yoxdur. Bu, ən yaxşı qadınlarda nəzərə çarpır. Fikir verməmiş olmazsınız, elə qadın var ki, 30 yaşı olsa da, 50 yaşında görünür. Yaxud da əksinə 50 yaşlı xanımlar gözəllikdə cəsarətlə 25 yaşlı qızlarla rəqabət apara bilərlər. Bəs bu, niyə belə olur?

Tədqiqatçılar iddia edir ki, uzunömürlülük məsələsində genetika və cavanlaşdırıcı vasitələr açar rol oynamır. Qocalma prosesi birbaşa beyinlə əlaqəlidir.

Nyus.Az bu yazıda oxucuları psixoloji yaşla bağlı maraqlı faktlarla tanış edir:

Sosial-psixoloji yaş

İnsanın psixoloji yaş anlayışı mövcuddur. Bizim zahiri görünüşümüzü, davranışlarımızı məhz o, müəyyənləşdirir və bu, baş-beyin proseslərindən tam asılıdır. Hələ XIX əsrin əvvəllərində kişi və ya qadın 35-40 yaşında qoca hesab olunurdu. Məşğulluq və daha çox informasiya bolluğu üzündən bəşəriyyət bütövlükdə uzunömürlü oldu. Odur ki, yaş təsnifatında dəyişikliklər etmək lazım olduğunu etiraf etmək vaxtı yetişdi.

Dünya Sağlamlıq Təşkilatı yeni yaş qrupları müəyyənləşdirib. Bu gün gənclik dövrü 25-dən 44 yaşa qədər davam edir. Müasir insanın orta yaş dövrü 44-dən 60-a qədər, 60-dan 75-ə qədər ahıl dövrü sayılır. Qocalıq yaşı isə 75-dən başlayır və 90-a qədər davam edir. 90-dan çox yaşı olanlar isə uzunömürlü adlandırılır.

Amma hər kəsə müvəffəq olmur ki, bədən və dərisini cavan saxlasın, xüsusilə 50 və 60 yaşa qədər. Alimlərin sözlərinə görə, beynimiz, daxili balansın olmaması və həyat tərzi həm ruhən, həm də zahirən gənc qalmağa mane olur. Xarici gözəllik bu 3 əsas amildən asılıdır.

Milyardlarla dollar sərf edilən araşdırmaların əsas fərziyyəsində belə deyilir: Qocalıq prosesinin sürəti beynə bağlıdır.

Bu asanlıqla sübut oluna bilər. Həyatımızın əvvəlində beynimiz dünyanı dərk etməklə məşğul olur, biliklərə sahib olur və müxtəlif nəticələrə gəlir. Dolayısı ilə bütün orqanizm bu proseslərdə iştirak edir və imkanları daxilində işləyir. Amma həyatda öyrənməyi və səlahiyyətlərini genişləndirməyi dayandıranda, dünya gözündə maraqsızlaşmağa və dərhal sonra yaşlanma prosesi başlayır. Beyin və bədən artıq fəal işləmir.

Psixoloji qocalığı vaxtında aşkarlamaq əhəmiyyətlidir. Bunun 3 əsas göstəricisi var.

Zamana münasibət

Həyatınızda bütün gözəl hadisələrin artıq baş verdiyini və nələrsə gecikdiyinizi düşünmək onu göstərir ki, yaşlanmağa başlayırsınız. Psixoloji cəhətdən yaşlı adam xatirələri ilə yaşayır, gənc adam planları ilə. Bədbinlik, ümidsizlik hissi, planların olmaması, sonsuz xatirələr psixoloji yaşlılığın göstəriciləridir və bioloji katalizatorlardır.

Qəribədir ki, Amerikada 60 yaşından sonra insanlar müxtəlif kurslara gedir və institutlara daxil olurlar. Hər yeni şey beynin fəaliyyətinə və optimist əhval-ruhiyyəyə köklənməyə kömək edir. Deməli, həm də cavanlaşdırır.

Məhdudiyyətlər

"50 yaşında 20 yaşımdakı kimi işləyə bilməyəcəm, gecikmişəm. Özümə müəyyən məhdudiyyətlər qoymalıyam, yaş o yaş deyil" kimi bu cür fikirlər göstərir ki, psixoloji yaşlılıq birbaşa özünə təəssüf hissi ilə bağlıdır. Əlbəttə ki, yaşa dolduqca çoxumuz özümüzə bəzi qadağalar qoyuruq. Bu həm ailə məsuliyyətləri, həm də fiziki göstəricilərlə əlaqəlidir.

Amma həyatın hər bir dövründə yeni imkanlar açılır. Fiziki baxımdan bir iş görmək çətindirsə, daha çox yaradıcı bacarıqlarınızı inkişaf etdirməyə başlaya bilərsiniz.

Yeni dilləri öyrənin, gəzin, yeni ölkələri ziyarət edin, müxtəlif tədbirlər təşkil edin. Beləliklə bir çox gənc sizinlə rəqabət apara bilməyəcək. Özünüzü məhdudlaşdırmayın, fürsətlər axtarın.

Emosional stabillik

Müasir elm və minlərlə tədqiqatlar sübut edib ki, şən və daim axtarışda olan insanlar daha uzun yaşayır və daha gözəl görünür. Psixoloji stabillik gənc qalmağın təminatıdır. Dəyişikliklərə və çətinliklərə sakitcə uyğunlaşa bilən, problemlərini çox ürəyinə salmayan və orada ilişib qalmayan insan daha gənc qalacaq.

Xoşbəxt insanlarda üz qırışları tamam fərqli şəkildə formalaşır, qırışlar daha az nəzərə çarpır və onlar həmişə cəlbedici görünürlər.

Yaxşını görmək bacarığı, yumor qabiliyyəti və hər açılan sabahlar üçün minnətdarlıq hissi psixoloji gəncliyin vədidir. Bu, beyində baş verən bir sıra hormonal və neyrokimyəvi proseslərə bağlıdır.

Hər şeyə baxmayaraq, beyninizi inkişaf etdirin, sevin və ən əsası pasportunuzda yazılan doğum ilinə fikir verməyin. Bir çox insanlar müəyyən yaş dövrünə çatanda özləri üzərində işləməyi dayandırır. Çünki hesab edirlər ki, artıq gecikiblər və ya hər hansı məşğuliyyət növü onlar üçün deyil. Bu, sizin həyatınız, hissləriniz və bədəninizdir. Heç kəsin ixtiyarı yoxdur ki, sizə məhdudiyyətlər qoysun. (publika.az)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az