• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
12-01-2019, 08:34

İslamda sağlamlığın qorunması

İslamda sağlamlığın qorunması

Həzrəti Peyğəmbər (s.ə.s.) buyurmuşdur ki, "Xəstəlik gəlməmiş sağlamlığınızın qədrini bilin". Bu hədisdə hər birimiz üçün mühüm bir xəbərdarlıq vardır. Çünki xəstəlik gəlməzdən əvvəl sağlamlığın qədrini bilmək, gələ biləcək xəstəliklərə qarşı əvvəlcədən tədbir görməklə olur. Yüksək səviyyəli həkimlərin yetişməsi isə onları yetişdirə biləcək təhsil müəssisələrinin mövcudluğu ilə mümkün olar.

Nyus.Az islam.az-a istinadən bildirir ki, dinimiz sağlamlığı qorumaq məsələsinin üzərində önəmlə durur. Sağlamlığın qorunması, İslamın mühafizə olunmasını istədiyi beş qayədən biridir. Xəstəlikdən qorunmaq, sağlam həyat tərzi sürməyə çalışmaq dini bir vəzifədir. Çünki hər şey sağlam olmaqdan asılıdır. Buna görə də, bir hədisdə "Güclü mömin zəif mömindən xeyirlidir" buyurularaq müsəlmanın fiziki və psixoloci sağlamlığına işarə edilmişdir. Sağlamlığa xidmət üçün tibb elminə və həkimlərin yetişdirilməsinə, müxtəlif müalicə yollarını axtarmağa təşviq edən, xəstəlik gələndə əlləri əllərin üstünə qoyub oturmağın düzgün olmadığını göstərən bir çox hədislər vardır. Onlardan birində belə buyurulur: "Ölümdən başqa elə bir xəstəlik yoxdur ki, müalicəsi olmasın. Yetər ki, dərmanını tapasınız". Buradan başa düşülür ki, müalicəsi olmayan xəstləik yoxdur. Sadəcə müalicə yollarını axtarıb tapmaq lazımdır. Xəstəliklərin çarəsini axtarmağı, müalicə yollarını düşünməyi, dərman qəbul etməyi tövsiyə edən bu hədis nə qədər gözəl və mühümdür: "Uca Allah şəfasını yaratmadığı heç bir xəstəlik endirməmişdir. Ey Allahın bəndələri, dərdlərinizə dərman axtarın!".

Günümüzdə xəstəlik gəlməmiş tədbir görməyin, həkimə gedərək müalicə olunmağın müxtəlif yolları vardır. Bunların ən geniş yayılmış formalarından biri qoruyucu peyvəndlər vurdurmaqdır. Sağlamlığın qorunmasında qoruyucu peyvəndlərin uşaqlıqdan etibarən vurulmasının böyük əhəmiyyəti vardır. Uşaq dünyaya gələn kimi, dərhal onların peyvəndlərinə başlamaq lazımdır. Məktəb yaşına qədər bu iş uşağın ata-anasının öhdəsinə düşür.

Peyvənd kampaniyaları başlayanda peyvənd vurdurmaq dini baxımdan hamımızın üzərinə düşən vəzifələrdəndir. Çünki bundan yayınaraq xəstəliyə yoluxanlar iki şeyə görə - həm özlərini qorumadıqları, həm də xəstləliyin yayılmasına səbəb olduqları üçün məsuliyyət daşıyırlar. Peyvəndi olan xəstləyinin peyvənd ilə qarşısının alınması Hz Peyğəmbərin (s.ə.s.) "Xəstəlik gəlməmiş sağlamlığın qədrini bilin" nəsihətinə uyğundur. Bundan başqa, "Öz əlinizlə özünü təhlükəyə atmayın" (Bəqərə, 195) ayəsində də buna işarə vardır.

Hər bir insan özünün və ailəsinin sağlamlığını qorumağa cavabdeh olduğu kimi, cəmiyyətin psixoloci və fiziki sağlamlığını qoruyacaq mütəxəssislər yetişdirməkdən də məsuldur. Böyük İslam alimlərindən Qazali bildirmişdir ki, tibb təhsili fərzi-kifayədir. Yəni bir cəmiyyətin fiziki və psixoloci problelərini həll edə biləcək qədər həkim yetişdirmək həmin cəmiyyətə vacibdir. Bu da mövzunun əhəmiyyətini göstərmək üçün yetərli bir dəlildir.

Əziz möminlər!

Sağlamlığı qorumaq və psixoloci baxımdan möhkəm olmaq təkcə dərman və ya peyvəndin işi deyil. Yeməyin, içməyin, geyinmənin, yuxu və istirahətin, təmizliyin və kifayət qədər bilikli olmağın da bu məsələdə öz rolu vardır.

Bu xüsusda bir çox xəbərdaredici hədislərdən biri də bizlərə işıq tutur. Rəsulullah (s.ə.s.) buyurur: "Bir yerdə vəba olduğunu eşidəndə oraya getməyin. Olduğunuz yerdə vəba olduqda isə oradan çıxmayın". Burada yoluxucu xəstəliklər üçün karantinin tətbiq olunmasının vacibliyi açıq şəkildə bildirilmişdir.

Unutmayaq ki, bədənin bütün orqanlarının sağlamlığı kimi, ruh sağlamlığı da tibb elminin sahələrindəndir. Beləcə tibb, elmin yarısı sayılmışdır. Buna görə də, dinimizdə tibb təhsili və hər kəsin yetərli tibbi bilikləri əldə etməsi mühüm bir yer tutur.

Xəstəxanalar açmaq, onları yaşatmaq, xəstəliklərin qarşısını almaq üçün tədbirlər görmək, yeni dərmanlar icad etməyə çalışmaq dinimizin bizdən istədiyi vəzifələrdəndir. Çünki bütün bunlar sağlamlığı qorumağın vasitə və səbəbləridir. Şafi belə demişdir: "Halal və haramı bildirən elmdən sonra tibb elmindən faydalısını tanımıram".

Hörmətli müsəlmanlar!

Sağlamlıq Allahın bəndələrinə verdiyi bir nemətdir. Onun dəyərini bilmək lazımdır. Sağlamlığı qətiyyən boş yerə sərf etmək olmaz. Onu qoruyub, ondan faydalanmalıyıq. Çünki Hz Peyğəmbər (s.ə.s.) belə buyurmuşdur: "İki nemət vardır ki, insanlardan çoxu onlar haqqında aldanmışlar. O nemətlər - sağlamlıq və boş vaxtdır". Peyğəmbərimizin nəsihətinə qulaq asaraq hər iki nemətin qiymətini bilmək bizim borcumuzdur.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az