
Ekspertlər 2019-cu ilin ilk günündə havaya qalxıb, 2018-ci ilin son günündə yerə enən təyyarə reyslərini açıqlayıblar.
Nyus.Az axar.az-a istinadən bildirir ki, belə qeyri-adi gəzintini yaşayanların ilk sırasında Yaponiyadan ABŞ-a uçan NH106 reysinin sərnişinləri gəlir. Belə ki, 1 yanvar 2019-cu ildə Tokiodan havaya qalxan sözügedən reys 31 dekabr 2018-ci ildə Los-Anceles hava limanına enib.
1 yanvarda Şanxaydan San-Fransiskoya uçanlar da 2019-cu ili iki dəfə qarşılayıblar.
Üçüncü belə bir şans Yeni Zelandiyadan Sakit okeandakı Rarotonqaya (Kuka adaları) uçan təyyarənin sərnişinlərinə aiddir. Yeni Zelandiyadan 1 yanvar 2019-cu il, saat 9:19-da havaya qalxan təyyarə Rarotonqaya 31 dekabr 2018-ci ildə, gündüz saat 2-də eniş edib.
Nyus.Az

























