
Yapon səyyah Yuçiro Miura Cənubi Amerikanın ən yüksək zirvəsi olan Akonkaquaya qalxmaq üçün Argentinaya yola düşüb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, 86 yaşlı Y.Miuranın direktoru olduğu məktəbin 15 şagirdi onu yola salmaq üçün yanvarın 2-də Tokionun "Haneda" aeroportuna gəlib.
Y.Miura məktəblilərə bildirib ki, onların arzuları onun enerjisini artırır və onu daha da cəsarətli edir. Eyni zamanda, şagirdlərin gətirdikləri Yeni il şirniyyatları da ona güc verir.
Qeyd edək ki, And dağlarında yerləşən Akonkaqua zirvəsi 6960 metr hündürlüyə malikdir. İndiyədək bu zirvəni fəth etmək üçün göstərilən 10 cəhddən yalnız üçü uğurla nəticələnib.
Nyus.Az

























