
ABŞın "Los-Anceles Qalaksi" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Qilyermo Barros Skelotto çalışdıracaq. Müqavilənin müddəti və digər detalları barədə məlumat verilməyib.
45 yaşlı argentinalı mütəxəssis son olaraq, "Boka Xuniors"da işləyib.
Qeyd edək ki, isveçli hücumçu Zlatan İbrahimovin çıxış etdiyi komandanı buna qədər Dominik Kinner çalışdırırdı.
Nyus.Az

























