
"Monako" heyətinə yeni oyunçu cəlb edib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Cənubi Afrika Respublikasının "Orlando Payrets" klubunda çıxış edən Layl Fosterlə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb. 18 yaşlı hücumçu "Orlando Payrets"in yetirməsidir.
Qeyd edək ki, "Monako" 18 turdan sonra 13 xalla 19-cu pillədə qərarlaşıb.
Nyus.Az

























