• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-01-2019, 08:45

Günün qoroskopu: mühüm görüş və ya önəmli danışıqlar üçün əlverişli zaman deyi

Günün qoroskopu: mühüm görüş və ya önəmli danışıqlar üçün əlverişli zaman deyi

Qoç - günün ilk yarısında yaşamın maddi yönləri xüsusi önəm kəsb edəcək. Qənaətcil davranın, əlavə gəlir mənbələri əldə etməyə çalışın. Ailə dəyərlərini qoruyun. Rasiona fikir verin. Həddən artıq yağlı yeməyin, fastfuddan uzaq durun.

Günün ikinci yarısında dostlar və yaxınlarla ünsiyyət müsbət emosiyalar bəxş edəcək. Maliyyə məsələləri ünsiyyətə mənfi təsir etməməlidir. Borcları qaytarın, kredit ödənişlərini unutmayın.

Buğa - ünvanınıza səslənən ən kiçik iradı yaşam arealınıza müdaxilə cəhdi kimi dəyərləndirməyin. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə alicənab olun. Yardıma ehtiyacı olana kömək edin.

Günün ikinci yarısında texnika və avadanlıqla çalışarkən ehtiyatlı olun. Travma riski var.

Dəyər verdiyiniz insanla söhbət zamanı bu şəxs nöqsanlarınızdan danışmağa başlayanda soyuqqanlı olun. Səbr və təmkində xeyir var. İnadkarlığınız mübahisəyə səbəb olmamalıdır.


Əkizlər - illüziyalara qapılmayın, emosiyalarınıza nəzarət edin. Realist və praqmat olun. Yaşanan olayları dürüst qiymətləndirin. Hadisələr əlverişsiz istiqamətdə cərəyan etməyə başlayanda prosesə dərhal müdaxilə edin.

Günün ikinci yarısındam sayıq və ehtiyatlı davranmağı unutmayın. Problemləri həll edərkən bütün xırdalıqları, təfərrüatları nəzərə alın.

Axşam saatları etibarlı işgüzar tərəfdaşlar və köhnə dostlarla görüş üçün əlverişlidir. Uzunmüddətli planlar qurmaq, maliyyə məsələlərini çözmək olar. Onlayn ödənişlərdə sərvaxt olun.


Xərçəng - köməkçilər, dostlar və həmfikirlərin dəstəyindən yararlanın. Yaxın ətrafınızdakı insanlar sizi özünə inanan, pozitiv, iradəli insan kimi görməlidir.

İşgüzar görüşlər də pis keçməyəcək. Yeni tərəfdaşlardan biri ilə əməkdaşlıq uzunmüddətli ola bilər.

Dəyər verdiyiniz insanla günün ikinci yarısında təmaslarda həssas və alicənab olun. Ailədəki mühitə fikir verir, qəlb qırmayın, kobud olmayın. Sevdiyiniz insanın qayğısına qalın.

Axşam saatlarında normal istirahət edin.


Şir - günün ilk yarısında yaşanan olaylara rəğmən səbrli və təmkinli olun. Sayıq davranın. İşlərinizdə mənasız risklərə qapılmayın. Maliyyə məsələlərində mümkün fəsadları və ya sonucları qiymətləndirəndən sonra düşünülmüş addım atın.

Günün ikinci yarısında maddi durumunuz əhvalınıza təsir edəcək. Dəyər verdiyiniz insanla münasibətlərdə səmimi olun, ikiüzülü və məkrli davranmayın. Ailədəki mühiti dəyərləndirin. Münaqişə və ya mübahisələrə yol verməmək üçün izafi iradların sayını azaldın.

Axşam saatlarında normal istirahət edin.

Qız - sağlam məntiq və müdriklik istənilən problemin öhdəsindən gəlməyə imkan verəcək. Yaranan çətinliklər qarşısında bədbinliyə qapılmayın. Nəyi nə zaman etməyin gərəkdiyini dəqiq müəyyənləşdirin. Məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanmaq, irəliləyiş naminə qurban vermək gərək deyil.

Günün ikinci yarısında gəlirləri spontan şəkildə artırmaq əvəzinə mövcud səviyyəni qorumağa çalışın.

Məişət qayğılarının çözüm variantlarını ailə üzvləri ilə müzakirə edin. Alış-verişdə simiclik yolverilməzdir: sizi sevən insanlara hədiyyə alın. Ailə üzvlərindən biri üçün gərəkli əşyanı almaqdan çəkinməyin.

Tərəzi - cari məsələlərlə məşğul olun, kiçik problemlərin həllini günün ilk yarısında başa vurun. Məişət qayğılarının öhdəsindən gəlin. Köhnə və ya gərəksiz əşyalardan qurtulun. Enerji potensialınızın səviyyəsi yüksək deyil. Gündəlik işlərdən savayı genişmiqyaslı layihəyə başlamaq üçün münasib zaman deyil.

Günün ikinci yarısında rasionunuza fikir verin. Yağlı, kalorili yemək yeməyin. Dəyər verdiyiniz insanı şam yeməyinə dəvət edə bilərsiniz. Yarımçıq işləri başa vurun, süst və apatik olmayın.

Əqrəb - yaxın ətrafınızdakı insanlardan fiziki, habelə mənəvi baxımdan uzaq durmağa çalışacaqsınız. Bir qədər tənha qalıb təkbaşına, müstəqil işləmək istəyəcəksiniz. İnsanların gur olduğu yerə yollanmayın. Ünsiyyətin gərəkmədiyi işlərdə irəliləyə bilərsiniz.

Günün ikinci yarısında səbrli və soyuqqanlı olun. Kiçik problemləri böyük faciəyə çevirməyin. Yaşananları anlamla qarşılayın, hadisələrin fəal iştirakçısı olun.

Ailə həyatında "barometr"ə çevrilə bilərsiniz. Münasibətlərinizə dəyər verin. Sevdiyiniz insanla təmaslarda harmoniya yaratsanız, axşam saatlarında asudə vaxtınızı şən keçirəcəksiniz.

Oxatan - yalan məlumat və ya yanlış xəbərin alınması istisna deyil. Gərginlik, nigaranlıq istisna deyil. Qəti qərar verməyə tələsməyin. Situasiyanın incəliklərindən hali olun, təfərrüatlar barədə mümkün qədər çox məlumat toplayın. Başqalarının uğurlarına paxıllıq etməyin.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı nümayiş etdirin. Rəqiblərinizi üstələməyə can atın. Dəyər verdiyiniz insanı nailiyyətlərinizlə sevindirin. Qərar qəbul etməzdən əvvəl inandığınız insanlarla məsləhətləşsəniz, fəsadlardan qurtula bilərsiniz.

Axşam saatlarını evdən kənarda keçirin.

Oğlaq - madiyyata aldanmayın. Yaşamda mühüm olan məqamları müəyyənləşdirin. Aktiv olun, ideyalardan birini həyata keçirməyə çalışın. Məqsədə çatmaq üçün sakitliyi, aram işi qurban vermək gərəkdir. Səhhətinizin qeydinə qalın.

İradəli və əzmkar olsanız, nailiyyətlərə sevinəcəksiniz.

Günün ikinci yarısında passiv davranmayın. Başqasının kölgəsində qalaraq yaşananları müşahidə etməyin. Haqsızlıqla barışmayın, qanun çərçivəsində hüquqlarınızı qoruyun. Qonşunun və ya qohumun dediklərini dinləyin, amma tələsik heç nə söyləməyin.

Ailə üzvlərindən birinin problemi var.

Dolça - uzun müddətdən bəri məşğul olduğunuz məsələnin həlli yaxınlaşır. Sayıq olun, əməyinizin bəhrəsindən başqalarının yararlanmasına imkan verməyin. Məsuliyyətlə və əzmlə çalışıbsınızsa, bunu dəyərləndirəcəklər.

Günün ikinci yarısında peşəkar fəaliyyət müstəvisində, işinizlə bağlı mübahisə, yaxud da münaqişə ola bilər.

Münasibətləri daha dayanıqlı və səbatlı etmək üçün proseslərdən nəticə çıxarmaq gərəkdir. Ailədə rahat şərait, səmimi ortam yaradın. Yaşam arealını nizama salın.

Axşam saatları gəzinti üçün əlverişlidir.


Balıqlar - mühüm görüş və ya önəmli danışıqlar üçün əlverişli zaman deyil. Qarşınıza qoyduğunuz məqsədə çatmaq asan deyil. Vurnuxma və "atüstü" qərarlar işlərinizdə xoşagəlməz vəziyyət yarada bilər.

Günün ikinci yarısında kiçik problemlərin həlli çox vaxt aparacaq. Saatlar keçdikcə enerji potensialınızın səviyyəsi aşağı düşəcək. Aramla çalışın. Planlı şəkildə hərəkət edin.

Maliyyə məsələlərində ehtiyatlı olun. Alış-verişdə əsla ehtiyac duymadığınız nəsnəni almayın.

Sevdiyiniz insanla mübahisə etməyin.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az