
"Çelsi"nin futbolçusu Pedro Rodriqes zədələnib.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 19-cu turunda "Uotford"la matçda sol ayağından zədə alan 31 yaşlı hücumçunun ən azı bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Bu isə o deməkdir ki, ispan futbolçu ölkə çempionatının 20-ci turunda "Kristal Pelas"la matçı dəqiq buraxacaq.
Nyus.Az

























