
"Liverpul" Zalzburg"un hücumçusu Moanes Daburu heyətinə qatmaq fikrindədir.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, "qırmızılar" Avstriya klubunun heyətində parlaq çıxışla yadda qalan İsrail millisinin üzvü üçün danışıq aparıb.
Bu transfer komandanın lideri Məhəmməd Salahın ürəyincə deyil. İngiltərə mətbuatı misirli futbolçunun Daburun transferi baş tutarsa, klubu tərk edəcəyi ilə bağlı rəhbərliyi xəbərdar etdiyini yazıb. O, ərəb əsilli oyunçunun müsəlman olmasına rəğmən komandaya qoşulmasına qəti şəkildə qarşıdır. Bunu nəzərə alan "Liverpul" Leypzig"in forvardı Timo Vernerlə maraqlanmağa başlayıb. Premyer Liqa təmsilçisi yeni hücumçu transferinə yer açmaq üçün Daniel Starric və Divok Oriqini satmağa hazırdır.
Qeyd edək ki, Moanes Dabur bu mövsüm 30 matçda 20 qola imza atıb.
Nyus.Az

























