
"Yuventus"un müdafiəçisi Corco Kyellini və baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının son turunda "Roma"ya 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.
Nyus.Az komanda.az-a istinadən bildirir ki, klubun rəsmi saytına danışan 34 yaşlı müdafiəçi, "qoca sinyora"nın bir futbolçudan ibarət olmadığını deyib:
"Bu komandanın gücü bir futbolçudan ibarət deyil, mən, Kriştiano Ronaldo, yaxud başqa biri. Bu komandanın gücü kollektivdədir, biz bunu bu gecə gördük. İkinci hissədə daha yaxşı mübarizə apardıq. Daha yaxşı nəticə əldə edə bilərdik, çünki ikinci qola ehtiyacımız vardı və bütün 90 dəqiqə boyunca çox çalışdıq. Artıq bir neçə saatlıq istirahətdən sonra qarşıdakı oyunlar haqqında düşünmək olar".
"Qoca sinyora"nın baş məşqçisi Alleqri isə qələbəni belə şərh edib:
"Biz hələ heç bir şey qazana bilməmişik. Yaxşı işlər görürük və qış çempionuyuq, amma yeni ildən daha çox xal qazanmalı olacağıq. Futbolçular yaxşı oynadılar. "Roma"ya psixoloji cəhətdən təzyiq göstərməli olduq. Bizim daha bir neçə yaxşı şansımız vardı. Ümumilikdə, xoşbəxtəm, çünki yaxşı oyun göstərə bildik".
Nyus.Az

























