
Formula W Series debüt çempionatında iştirak etmək istəyən qadın pilotların geniş siyahısını açıqlayıb.
Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəl açıqlanan siyahıya daha 6 pilotun adı əlavə edilib. Beləliklə, siyahıda 61 zərif cinsin nümayəndəsi yer alıb. Onlar arasında Qazaxıstandan olan Lyubov Andreyeva da var. İyirmi iki yaşlı idmançı hazırda Moskvada yaşayır.
L.Andreyeva 2006-cı ildə kartinqlə məşğul olmağa başlayıb və bir il sonra Qazaxıstan çempionu olub. Pilot, həmçinin "Formula-Rusiya"da iki mövsüm "Astana Motorsport" komandasının heyətində çıxış edib.
Seçim nəticəsində 18 iştirakçı Formula W Series yarışlarında iştirak hüququ qazanacaq. Yarış 6 mərhələdən ibarət olacaq. İlk mərhələnin mayın 3-dən 5-dək təşkil olunması nəzərdə tutulub.
Nyus.Az

























