
BATE-nin baş məşqçisi Aleksey Baqa Avropa Liqasının 1/16 final mərhələsinin püşkündə "Arsenal"la düşdükdən sonra fikirlərini bildirib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, klubun saytına danışan 37 yaşlı mütəxəssis deyib ki, London klubunu "Qarabağ"a qarşı keçirdiyi oyunlara əsasən təhlil edəcək: "Arsenal"la ötənilki oyunlarımızın təəssüratı qalıb. Düzdür, komandada o vaxtdan indiyə kimi ciddi dəyişikliklər oldu. Ancaq daha çox informasiyanı "Arsenal"ın "Qarabağ"a qaşı keçirdikləri oyunlardan əldə edəcəyimizi düşünürəm. Çünki biz Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a qarşılaşmışdıq və müvəfəqiyyət qazanmışdıq. "Arsenal" daha da irəliləyib. Premyer Liqanın sonuncu matçı istisna olmaqla, onlar dalbadal 22 rəsmi oyun idi ki, uduzmurdular".
Qeyd edək ki, BATE ÇL-in üçüncü təsnifat mərhələsində "Qarabağ"ı (1:0, 1:1) mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, Ağdam klubu Avroliqanın qrup mərhələsində "Arsenal"a hər iki oyunda uduzub - 0:3, 0:1.
Nyus.Az

























