
"Çelsi"nin futbolçusu Eden Hazard Fransa mətbuatına açıqlama verib.
Nyus.Az komanda.az-a istinadən bildirir ki, belçikalı futbolçu, bu mövsümü "zadəganlar"ın heyətində keçirəcəyini deyib:
"Gələcəyimlə bağlı hələ qərar verməmişəm. Karyeram qurtardıqdan sonra peşman olacağım bir şey etmək istəmirəm.
Bu mövsüm "Çelsi"də qalacam. Sonra sözləşməmin müddətinin bitməyinə bir il qalır. Mövsümün sonunda qərar verəcəm. "Real"a olan marağım haqda deyilənlər də doğrudur, bunu həmişə deyirəm.
Premyer Liqa çox çətin yarışdır. Burda heç nə bəlli deyil. Yaxşı baş məşqçimiz və futbolçularımız var. Liqanı ilk sıralarda bitirib, Çempionlar Liqasına getmək istəyirik".
"Çelsi"ylə 2020-ci ilə qədər müqaviləsi olan Hazard, cari mövsümdə 18 qarşılaşmaya çıxaraq, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.
Nyus.Az

























