
"Liverpul"un hücumçusu Daniel Staric 6 aylıq cəza ala bilər.
Nyus.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb futbolçunun qeyri-qanuni mərc oyununda iştirakıdır.
Mart ayında başlayan istintaq artıq yekunlaşmaq üzrədir. İngiltərə Futbol Federasiyası futbolçuya müdafiə üçün əlavə vaxt verib. Əgər futbolçu özünü təmizə çıxara bilməsə, onu 6 ay futboldan uzaqlaşdırma cəzası gözləyir.
Qeyd edək ki, iddiaya görə, Staric öz transferi üzərinə mərc oyununda iştirak edib. O, "Milan"a keçidi gündəmdə olarkən bu transferin reallaşıb-reallaşmayacağına görə 10 min sterlinq məbləğində pul qoyub.
Nyus.Az

























