• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
4-12-2018, 08:32

"Çempionluq üçün alışıb-yanıram" - Vaqner Silva

"Çempionluq üçün alışıb-yanıram" - Vaqner Silva

"Oyuna yaxşı başladıq. Bunun nəticəsi olaraq hesabı da açdıq. Rəqib hesabı bərabərləşdirdikdən sonra bizə çətinlik yaratmağa başladı. İlk hissədə nəzarət bizim əlimizdə idi. Lakin bizə çətinlik yaratdılar. İkinci hissədə isə oyunu tamamilə nəzarətə aldıq. Bu, tabloda da öz əksini tapdı".

Nyus.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva Topaz Premyer Liqasının 13-cü turunda "Keşlə"yə 5:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Avrokubok oyunlarında həm siz, həm də Halldorson nəticəyə təsir edən səhvlərə yola verdiniz...

- Siz məndən səhvlər gözləmədiyinizi dediniz. Mən də Braziliyanın Oliver Kanın səhvindən sonra qol vuracağını və dünya çempionu olacağını gözləmirdim. Hər kəs səhv edir. Futbolçunun belə səhvlərdən sonra ayağa qalxması vacib amildir. Yaxşı olanda, yaxşı futbol sərgiləyəndə hamı səni alqışlayır. Böyük futbolçu həmin səhvlərdən sonra ayağa qalxmağı bacarmalıdır. Əsl xarakter odur!

- Səhvlərdən sonra heyətdən kənarda qalacağınızı düşündünüzmü?

- Mən heç vaxt özümə inamı itirmirəm. Bu gün böyükhesablı qələbə qazansaq da, qol buraxdığımıza görə məyusam. Hər qarşılaşmadan sonra öz çıxışımı təhlil edirəm və növbəti dəfə həmin səhvi etməməyə çalışıram. Məni tanıyanlar peşəkar olduğumu bilirlər.

- "Qarabağ"a təzə gələndə iddialı idiniz, Halldorsonu ehtiyatda saxlayacağınızı demişdiniz. Amma bu gün özünüz heyətə düşməkdə çətinlik çəkirsiniz...

- Klubla müqavilə bağlayanda heç kimə əsas heyət üzvü olmaq zəmanəti verilmir. Mən Hanneslə bağlı danışdıqlarımı xatırlayıram. Hər gün məşqlərdə çalışıram, dediklərimi etməyə çalışıram. İnsanlar dərk etməlidir ki, səhvlər hər zaman futbolun bir parçası olacaq. Əsas odur ki, futbolçu bu çətinliklərin öhdəsindən gəlməyi bacarsın.

- Komanda ardıcıl 5 ildir çempion olur. Bu dəfə alınmasa, bunda özünüzü günahkar sayacaqsınız?

- Əlbəttə, özümü günahkar hesab edərəm. Mən "Eştoril"in heyətində Portuqaliya ikinci liqasının qalibi olmuşam. Çempionluq üçün alışıb-yanıram, içimdə o yanğı var. Sənin dünya, İspaniya və Azərbaycan çempionu olmağın fərq etmir. Titul həmişə titul olaraq qalır.

- "Qarabağ"ı "Arsenal"la çox ağır oyun gözləyir. Sizcə həmin oyunda qapını kim qorumalıdır?

- Əlbəttə, özümü hazır hesab edirəm. Belə çətin oyunların iştirakçısı olmuşam. Ancaq bu işi məşqçinin üzərinə buraxmaq lazımdır. Şahruddin yaxın zamanlarda Azərbaycanın ən yaxşı qapıçısı olacaq. Çünki o, əziyyət çəkir. Mən də onun yolunu keçmişəm, gənc olmuşam. Ümumiyyətlə, qapıçıların işi hər zaman çətin olur. Yalnız "Atletiko"nun qapıçısı Yan Oblakı bu siyahıdan çıxarmaq olar. Onun ulduzu tez parlayıb.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az