• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
30-11-2018, 07:16

"Bu gün rəqibin gücünü tam bildik" - Qurban Qurbanov

"Bu gün rəqibin gücünü tam bildik" - Qurban Qurbanov

"Çox üzücü məğlubiyyət oldu. Bu gün rəqibin gücünü tam bildik. Bəlkə də, ən yaxşı oyunlarından birini keçirdilər. Belə komandalara qarşı yaxşı oynamaq istəyirik. Amma bəzən buna imkan vermirlər. Çox sürətli oynayırlar. Yaxşı danışacaq bir şey yoxdur. Hər şey bu gün bizim tam gücümüzü və rəqibin nə qədər üstün olduğunu göstərdi".

Nyus.Az "Report"a istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Portuqaliya "Sportinq"inə 1:6 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...

Oyundan razı qaldınız?

- Əlbəttə ki, xeyr.

Hansı mövqedən və ya futbolçudan ən çox narazı qaldınız?

- Mövqe dedikdə, hərtərəfli bizdən üstün idilər. Hər hansı bir mövqedə yaxşı oynadığımızı desəm, düzgün olmaz. "Sportinq" Portuqaliyanın ən yaxşı uşaq futboluna malikdir. Avropa çempionu olduqları ildə 12-14 futbolçu "Sportinq" məktəbinin yetirməsi olub. Onların oyun fəlsəfəsi, futbolçu seçimi yuxarı səviyyədədir. Hamı bu gün onların gücünü, sürətini gördü. Ümumiyyətlə, Avropa futbolu hələ bundan da yuxarı səviyyədədir. Özümüzü aldatmayaq, bütün komponentlərdə zəifik. Sadəcə, çox oyunlarda xarakter göstərmişik, bir az bəxtimiz gətirib. Rəqib belə oynadıqda isə özünü narahat hiss edirsən, səhvlər edirsən. Belə komandalar isə səhvləri bağışlamır.

Dediniz ki, bu oyun real gücümüzü göstərdi. Kosovo ilə matçda da eyni cümləni işlətmişdiniz. İnkişaf etməyimiz üçün beyninizdə planlar varmı ki, "Sportinq" kimi komandalara böyük hesabla uduzmayaq?

- Bəli, belə bir söz Kosovo ilə görüşdən sonra da işlətmişdim. Həqiqəti deyirəm, hər şeyə real baxmalıyıq. Bu gün inkişaf barədə düşünsək, sıfırdan başlamalıyıq. Bu cür böyük klubların, onların çempionatının hansı səviyyədə olduğunu hamımız görürük. Onlar bizdən qat-qat yüksəkdədirlər. Kiçik futbol ölkəsi kimi, belə görüşlərdə təcrübə qazanırıq. Futbolçularımız belə rəqiblərin səviyyəsini canlı görəndə, öz üzərilərində daha çox çalışmalıdırlar. Hətta eyni səviyyəli komandaların oyununda da belə hesablar olur. Məsələn, Premyer Liqada, La Liqada bunları müşahidə etmişik. Məni ən çox üzən Bakıda belə hesabla uduzmaqdır. Ümumiyyətlə, Bakıda bütün matçlarda qalib gəlmək istəyirəm. Amma reallıq da budur. Böyük inkişaf olmalıdır ki, gələcəkdə belə rəqiblərlə mübarizə apara bilək. Hər halda, yaxşı oyunlarımız da az olmayıb. Güclü rəqiblərlə mübarizə aparmağı bacarmışıq. Amma Avropada futbol get-gedə çox sürətlə inkişaf edir.

Futbolçular meydana Qarabağ müharibəsində şəhid olmuş insanların övladları ilə çıxmışdılar. Bu, böyük motivasiya olmalı idi. Amma bunu görə bilmədik...

- Qolların çoxunu səhvdən buraxdıq. Xüsusən də, ikinci qolu bu cür buraxmamalıydıq. Deməzdim ki, motivasiyaları yox idi. Qol buraxdıqdan dərhal sonra qol vurduq. Rəqib qapısı qarşısında imkanlarımız oldu. İlk hissədə hücum planında pis deyildik, hücumlarımız alınırdı. Daha artığını etmək olardı. Amma rəqib topla həddən artıq yaxşı oynadı. Başqa cür oyun planlaşdırmışdıq ki, topla daha çox oynayaq. Amma yeni baş məşqçi amili də rəqibin oyununa təsir etdi. Deməzdim ki, uşaqlar oynamaq istəmirdilər. Hər halda, hansı uşaqlarla meydana çıxdıqlarını düşünürdülər.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az