• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
24-11-2018, 09:05

Alimlər: Günəş fırtınası bəşəriyyət üçün təhlükə mənbəyidir

Alimlər: Günəş fırtınası bəşəriyyət üçün təhlükə mənbəyidir

Alimlər xəbərdarlıq edirlər ki, şiddətli Günəş fırtınası Yerdə rabitə sistemini sıradan çıxara və çox böyük iqtisadi zərərə səbəb ola bilər.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, tədqiqatçılar 1972-ci ildə amerikan hərbçilərinin Vyetnam sahillərində quraşdırdığı sualtı minaların öz-özünə partlamasının səbəbini araşdırıblar. Məlum olub ki, detonatorların avtomatik işə düşməsi Günəş fırtınasının təsiri ilə baş verib. Meteoroloqlar həmin gün eyni saatda şiddətli Günəş fırtınası və maqnit sahəsi qeydə alıblar. Alimlər bu hadisə ilə bağlı əlavə ediblər ki, müasir dövrdə Günəşdə bu cür şiddətli alışma daha ciddi fəsadlar törədə - günümüzdə insanların istifadə etdikləri peyk qəbuledicilərini, enerji şəbəkələrini və bir çox obyektləri sıradan çıxara bilər. Hesablamalar göstərir ki, eyni şiddətdə Günəş fırtınası təkcə Britaniyaya 20,6 milyard dollar zərər verər.

Günəş fırtınalarının səbəbinə gəldikdə, alimlər bildirirlər ki, bu, nəhəng ulduzun tərkibində olan eklektikləşmiş qazların (əsasən hidrogenin) yaratdığı maqnit sahəsində olan enerjinin yerdəyişməsi ilə əlaqədardır. Bir sözlə, bu hadisə enerjinin partlayış yolu ilə Günəş atmosferinə yayılmasıdır. Hər bir fırtına zamanı dünyada olan bütün nüvə arsenalından 100 min dəfə çox enerji hasil olunur. Sonsuz fəzaya yayılan bu fırtınanın birbaşa Yerə yönəlməsi və planetimizin maqnit sahəsi ilə birləşməsi isə atmosferin yüksək qatlarında atomların və molekulların fəallaşması və qütb parıltısına səbəb olur. Bu proses, eyni zamanda, Yerin maqnit sahəsini də deformasiyaya uğradır və ciddi sarsıntılar törədir.


Alimlər Günəş fırtınalarının proqnozlaşdırılması yollarını da izah ediblər. Onların fikrincə, Yerin maqnit sahəsinin öyrənilməsi XIX əsrin ortalarında başlayıb və tədqiqatlar nəticəsində kosmosda 100 ildə bir ekstremal "hava şəraitinin" müşahidə edildiyi məlum olub. "Kerrinqton hadisəsi" adlanan ən şiddətli geomaqnit fırtınası 1859-cu ildə qeydə alınıb. Həmin il avqustun 28-dən sentyabrın 2-dək Günəşdə çoxlu sayda ləkələr və alışmalar görünüb. Bütün dünyada, hətta Karib dənizi üzərində də qütb parıltısı baş verib, Avropada və Şimali Amerikada teleqraf sistemləri iflic olub.

Alimlərə görə, müasir dövrdə - bəşəriyyətin yüksək texnologiyalardan asılı olduğu bir şəraitdə, kosmosdakı peyklərin qlobal rabitə və naviqasiya sistemini idarə etdiyi vəziyyətdə analoji fırtınanın fəsadlarını təsəvvür etmək belə çətindir. Kosmik gəmilərin və təyyarələrin, enerji sistemlərinin sıradan çıxması ağır fəsadlarla nəticələnə bilər. Hazırda meteoroloqlar və astronomlar bu problem üzərində iş aparırlar. İndi alimlər Günəş fırtınasını 6 saat əvvəl proqnozlaşdıra bilir. Bu xəbərdarlıq isə, BBC-nin yazdığına görə, təkcə Britaniyada ehtimal olunan zərərin miqdarını 20,6 milyard dollardan 3,86 milyard dollaradək azalda bilər. Britaniya hökuməti bu məsələ ilə bağlı energetika şirkətləri, aviaşirkətlər və kosmos sistemi operatorları ilə birgə fəaliyyət planı hazırlayır.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az