• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-11-2018, 07:07

Balığı sal qəfəsə ki...

Balığı sal qəfəsə ki...

Ekspert deyir ki, qəfəs tipli balıq təsərrüfatları yaradılarsa, nəinki yerli bazarı təmin edər, xarici bazarlara da məhsul çıxarda bilərik
Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Xəzər dənizində qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi lazımdır". Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib. M.Axundov bildirib ki, dənizdə qəfəslərin quraşdırılması üçün hüquqi baza kifayət qədər təkmil deyil. İnstitut direktorunun sözlərinə görə, hazırda qanunvericilikdəki boşluqlar qəfəs tipli balıq təsərrüfatları yaratmağa imkan vermir. Dənizdə qəfəslərin qurulması üçün dövlət qurumlarından icazə alınmalıdır: "Amma başqa ölkələrdə sahilyanı dəniz akvatoriyalarından istifadə ilə bağlı qanunlar olur. Akvakulturanın inkişaf proqramına biz bu məsələni daxil edəcəyik və qanunvericilikdəki o boşluqları götürəcəyik. Çünki başa düşürük ki, Azərbaycanda akvakulturanın inkişafı daha çox marikultura, yəni dəniz vasitəsilə olacaq. Dənizdə qəfəslərin yaradılması üçün ilk növbədə hüquqi baza olmalıdır". M.Axundov hesab edir ki, dənizdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün Türkiyənin təcrübəsindən istifadə etmək olar: "Türkiyə Qara dəniz, Egey, Aralıq, Mərmərə dənizlərində qəfəs quraşdırıb. Onların 4 dənizdə qəfəs tipli marikultura fermaları mövcuddur. Biz o təcrübədən istifadə etməliyik".

Qeyd edək ki, "Akvakulturanın həyata keçirilməsi" qaydasına əsasən, sənaye akvakulturasının, o cümlədən marikulturanın həyata keçirilməsi üçün Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində, təbii balıqçılıq obyektləri olan çaylarda, göllərdə, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınlarında, sututarlarda yerləşdirilmiş balıqçılıq qəfəslərindən, akvariumlardan, xüsusi üzmə qurğularından, qapalı su təchizatı qurğularından və digər yerlərdən istifadə edilə bilər.

Bu qəfəslərin növbəti mərhələdə balıqçılığın inkişafında hansı effektləri verəcəyini öyrənməyə çalışdıq.

Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun hidrobiologiya laboratoriyasının müdiri Adil Əliyev qeyd etdi ki, belə qəfəslərin yaradılması mümkündür: "Üstünlükləri də ondan ibarətdir ki, bir tərəfdən Xəzərdə nadir növə çevrilən balıq növlərinin artırılması, o biri tərəfdən isə iqtisadi əhəmiyyəti olan balıq növlərinin də yetişdirilməsi və bazara çıxarılması baş verəcək. Akvakultura dənizdə olan balıqların iqtisadi əhəmiyyətli növlərinin çoxaldılıb bazara çıxarılmasıdır. Bir tərəfdən də onların təbii ehtiyatının artırılması baş verəcək. Balıqlar arasında elə növlər var ki, onların nəsli kəsilmək üzrədir. Məsələn, nərəkimilərin sayının azalması hiss olunur və onların bu qəfəslərdə artırılıb təbiətə buraxılması, bazara çıxarılması yaxşı olar. Dünya miqyasında bu iş artıq çoxdandır ki, gedir. Bizim respublikada da bu istiqamətdə ilk addımlar atılır".

Azərbaycan Ekologiya Standartlarının Monitorinqi Fondunun müdiri Rauf Soltanov bildirdi ki, bu təklif balıqçılığın inkişaf etdirilməsi üçün atılmış çox gözəl addımdır: "Qəfəs təsərrüfatlarında yetişdirilən balıqların əti qida təhlükəsizliyi baxımdan olduqca əhəmiyyətlidir. Qəfəslərdə çoxaldılan və yetişdirilən balıqlar gigiyenik baxımdan daha etibarlı olacaq. Bu tipli təsərrüfatlarda balıqlara nəzarət də asan başa gələcək. Balıqçılığın kortəbii şəkildə inkişaf etdirilməsi deyil, bu tipli təsərrüfatların yaradılması hesabına inkişaf etdirilməsi daha məqsədəuyğundur. Bu təcrübə xüsusilə də kapitalist ölkələrində daha çox yayılıb. Qeyd edilən üsul kifayət qədər əlverişlidir. Xəzər olduqca zəngin dənizdir. Burada həmin qəfəslərin qurulması üçün hər cür şərait var. Balıqçılığa belə qayğı göstərilməsi, onun inkişafı üçün müəyyən addımların atılması dənizkənarı ölkələr üçün iqtisadi baxımdan əhəmiyyətlidir. Dənizkənarı digər ölkələrə nisbətən, Azərbaycanda bu sahənin inkişafı üçün çox yaxşı imkanlar var. Biz bundan istifadə etməklə nəinki yerli bazarı təmin edər, həmçinin balığın xarici bazarlarda satışına da nail ola bilərik. Düşünürəm ki, bu sahənin inkişafında dövlət dəstəyi çox vacibdir. Buna görə də nazirliyin təklifi ilə tam razıyam".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az