
"Governors" mükafatları adı altında hər il Oskar Akademiyası tərəfindən uğur mükafatları verilir. Mükafatı qazananlar yay aylarında açıqlansa da, mükafatlandırma mərasimi noyabr ayında gerçəkləşir.
Nyus.Az oxu.az-a istinadən bildirir ki, bu il mükafatları Mervin Levi, Lalo Şifrin, Cicli Tayson, Ketlin Kennedi və Frenk Marşall qazanıb.
Ötən gün Los-Ancelesdə keçirilən gecəyə Hollivudun məşhur simaları da qatılıb.
Qırmızı xalıda geyimlərini sərgiləyən məşhurlar bir-birindən rəngli libasları ilə diqqət mərkəzində olublar.
Nyus.Az

























