• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-11-2018, 08:36

Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm - Qurbanov

Kosovo ilə oyunda məğlubiyyət haqqında düşünmürəm - Qurbanov

"Futbolçularımı təbrik edirəm. Qalibiyyət bizim üçün çox vacib idi. Sevinirik ki, hər şey istədiyimiz kimi oldu. Azarkeşlərimizə təşəkkür edirəm. Çoxdandır evdə qələbəmiz yox idi. İlk dəqiqələrdən rəqib fərqli sistemdə oynadı. Buna da hazırlaşmışdıq. Amma ikinci hissədə dəyişiklik etdilər. İkinci hissənin əvvəlində sistemə görə, oyuna tam nəzarət edə bilmədik. Amma getdikcə hər şey düzəldi. İndi qarşıda vacib səfər oyunumuz olacaq. Kosovoda mütləq qələbə lazımdır. Paltardəyişmə otağında da futbolçulara bildirdim ki, hamısına güvənirəm. Səfərə qələbə istəyi ilə gedəcəyik. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bacarmasalar belə, güclərini artıqlaması ilə meydanda qoyacaqlar".

Nyus.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. 46 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Kosovo ilə oyundakı vacibiyyət oyununuza necə təsir edə bilər?

- Futbolçular bu matçın vacibliyini dərk edirlər. İnanmıram ki, bu amil onlara mənfi təsir etsin. Əksinə, belə anlar komandanı daha da möhkəmlədir. Son oyunumuz olacaq. Hər biri çəkinmədən ən yaxşı oyununu keçirəcək.

İlk dəfə sizin rəhbərliyiniz altında millidə oynayan futbolçu var idi. Onlardan razı qaldınızmı?

- İlk dəfədir bir yerdə çalışdıqlarım var idi. Amma ayrılıqda hamısını tanıyıram. Bu gün yalnız Mirabdulla meydana çıxdı. Vaxt az olsa da, pis təsir bağışlamadı. Hər birindən razıyam və bu komandada böyük həvəslə oynamağa hazırdılar.

Yığma ilk dəfə idi ki, bu qədər künc zərbəsi qazanırdı. Amma yalnız son dəqiqələrdə çərçivəyə gedən zərbə var idi...

- Qol olmasa da, ümumilikdə pis alınmadı. Həm dünən, həm də bu səhər bunun üzərində çox çalışmışdıq. Bir neçə nöqtə var idi ki, ora ötürmə verməyə çalışırdıq. Rəqibin müdafiəçiləri də uca boyludur. Necə hazırlaşmışdıqsa, futbolçular o cür də oynadılar. Kosovoda ola bilər ki, 1-2 künc zərbəsindən istifadə edə bilək.

Bəzi futbolçular sarı vərəqə limitinə yaxın idi. Onları sona qədər meydanda saxlamaq risk deyildi?

- Bəzi dəyişikliklər edə bilərdik. Amma Kamran və Pavelin zədələnməsi planlarımızı pozdu.

Demək olar ki, optimal heyət formalaşıb. Amma qısa müddət sonra Kosovo ilə səfər oyunu var. Bu heyətin gücü çatacaqmı?

- Rəqibin oyununu bilirik. Amma yenə də onların son matçına bir də baxacağıq. Hansı heyət uyğundursa, o cür də meydana çıxacağıq. Futbolçuların oyuna kimi olan durumu vacib olacaq. Kamran və Pavelin oynayıb-oynamayacağı bilinmir. Bəzi oyunçuların da mikrozədələri var idi. Statistikaya baxacağıq. Lazım olsa, dəyişiklik edəcəyik. 1-2 dəyişiklik gözlənilir.

Qrupdan çıxmaq əsas məqsəddir, yoxsa minimum?

- Hansı turnirdə iştirak etmişəmsə, maksimum nəticə əldə etməyə çalışmışam. Bunun alınıb-alınmadığını deyə bilmərəm. Son tur öncəsi hələ də şansımız var. Qalib gəlsək, qrup birincisi olacağıq. Alınmasa... Bu barədə düşünmürəm. Futbolçularla söhbətim oldu ki, başqa düşüncəmiz olmamalıdır. Optimal oyun və xarakter göstərməliyik.

Oyun günü Kosovoda hava 0 dərəcə olacaq. Bu hal sizə problem yaratmayacaq?

- Statistikalar pis deyil (gülür). Farer adalarında da hava şəraitini görmüşdünüz. Futbol üçün xoş olmayan hava idi. Hamımızın bir fikri var ki, təbiətdə pis hava yoxdur. Amma çalışırıq havaya uyğun hazırlaşaq. Belə halda da futbolçuların konsentrasiyaları yaxşı olur.

Bu gün həmişəkindən nikbin görünürsünüz. Bunun xüsusi səbəbi var?

- Həmişə iddialı olmuşuq. Bəzi oyunlarda iddialı olmaq daha çox lazım olur. Səfərə o hisslərlə getmək istəyirəm. Futbolçularım döyüşmə əzmini hiss etsinlər. Təbii ki, futbol qaydalarını yaddan çıxarmamaqla. Bizi ancaq qələbə qane edir. Bu üzdən inamlı olmalıyıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az