• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-11-2018, 09:15

Unudulmuş payız mərasimi: Kövsəc

Unudulmuş payız mərasimi: Kövsəc

Qədim zamanlarda payız-qış dövründə fəsil dəyişikliyi və ya onun yarıya çatması ölkəmizdə, o cümlədən Naxçıvanda müxtəlif mərasimlərlə qeyd edilib. Həmin bayramlar özlərinin fərqli xüsusiyyətləri ilə diqqəti cəlb edir ki, onlardan biri də Kövsəc mərasimidir.

Nyus.Az bildirir ki, jurnalist-tədqiqatçı Zaleh Novruzov AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı ilə söhbətində deyib ki, payızın başlanğıc dövründə ilk həyata keçirilən mərasimlərdən biri "Məhsul bayramı"dır. Qədim dövrlərdə müxtəlif xalqlar arasında, eləcə də Azərbaycanda qeyd edilən bu bayram "Mehrikan" (Mehrican) adlanıb. Məhsul (Mehrican) bayramı oktyabr ayının ikinci yarısında keçirilir. Müxtəlif mənbələrdə bu tarix nisbətən fərqlidir. Şənliklər ardıcıllıqla Çillə (qışın gəlməsi), Xıdır Nəbi və Səddə (qışın yarı olması), Novruz bayramları ardıcıllığı ilə qeyd olunur. Onlar sırasında yer alan Kövsəc isə artıq unudulan, haqqında çox az məlumatımız olan mərasimlərdən biridir. Bu mərasimin keçirilməsi haqında məlumatlara yazılı mənbələrdə çox az rast gəlinir.

Zaleh Novruzov deyib: "Kövsəc mərasiminin keçirilmə vaxtını müəyyənləşdirmək üçün bir məsələyə diqqət yetirək. Rumi təqvimində (Günəş təqvimi) qış noyabrın 8-də, yaz isə mayın 6-da başlayır. Məlumat üçün deyək ki, Rumi təqvimində yeni il martın 14-dən hesablanır və hazırda həmin təqvimə görə, 1434-cü ildir. Buradan aydın olur ki, Kövsəc noyabr ayında keçirilib".


Həmsöhbətimiz bildirib ki, xalq deyiminə görə, avqust ayının 5-6-da "quyruq doğur". Bir çox etnoqraf və tədqiqatçılar bu ifadənin "quyruq dondu" olduğunu iddia edirlər. Etnoqraf E.Mehrəliyev "Xalq coğrafi terminlərinin izahlı lüğəti" kitabında "quyruq donduran" tarixin noyabrın 5-8-də, payız yarı olanda olduğunu qeyd edir. Çünki etnoqraflar da bu dövrü "qırov düşən" dövr adlandırırlar. Qırov düşən dövrə isə həm "quyruq dondu", həm də "quyruq doldu" ifadələrinə uyğun gəlir. Naxçıvanda ləziz qış azuqəsi olan qovurma məhz bu dövrdən başlayaraq hazırlanır. Çünki havaların soyuması, yağıntılı dövrün başlaması, həyət-bacada heyvanların qidasını təşkil edən ot və xəzəlin tükənməsinə görə ətlik heyvanların saxlanması artıq əlverişli olmur.

Zaleh Novruzov deyir: "Bəhlul Abdullayev "Novruz gəlir" sərlövhəli məqaləsində yazır ki, qışın qorxudulması ilə bağlı keçirilən bu mərasimin iştirakçıları istilik gətirən yeməkləri - yağlı ətləri, daha çox istiotlu xörəkləri yeyərmişlər. Özünü gülməli hala salmış, cır-cındır paltar geyinmiş birisi qatıra minib ortaya çıxar və əlində tükü yolunmuş qarğa saxlayarmış. Yan-yörəsindəkilər onun üstünə soyuq su səpərmişlər. O isə saymazyana "İstidi, istidi, bahar gəlir, yaz gəlir", - deyə haray salarmış". Onun sözlərinə görə, daxili məzmununa fikir versək, qədim türklərin "Kövsəc" adlandırdıqları bu mərasimin, əslində, əhalinin psixoloji cəhətdən qışa hazırlanması üçün keçirildiyini görərik. Bəzi bölgələrdə qışı "qorxutmaq", müxtəlif hərəkətlərlə ona "qalib gəlmək" üçün "həsirçırpma" ayini yerinə yetirilərmiş. Tədqiqatçı-jurnalist belə hesab edir ki, bu da Kövsəc mərasimindən qalma adətlərdir. Xalqın yaddaşından silinən Kövsəc mərasiminin bəzi ayinləri bu gün digər bayramlarımızda yerinə yetirilir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az