
"Barselona"nın hücumçusu Lionel Messi mükafatlandırılıb.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, La Liqada ötən mövsümün bombardiri və ən yaxşı oyunçusu seçilən argentinalı forvard mükafatına qovuşub.
Qeyd edək ki, Messi ötən mövsüm La Liqada vurduğu 34 qolla "Barselona"nın çempionluğunda böyük rol oynamışdı.
Nyus.Az

























