
Çempionlar Liqasının qrup mərhələsində hazırda "Viktoriya" ilə keçirilən görüş "Real"ın futbolçusu Kərim Benzema üçün əlamətdar olub.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, oyunda dubl edən fransalı hücumçu bununla "Real"da vurduğu qollarının sayını 201-ə çatdırıb.
30 yaşlı forvard "Real"ın tarixində 200 qol həddini keçən 7-ci futbolçu olub.
Qeyd edək ki, Benzema 2009-cu ildən Madrid klubunda çıxış edir.
Nyus.Az

























