
"Empoli" baş məşqçisi Aurelio Andreaççolini istefaya göndərib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, rəhbərlik italiyalı mütəxəssislə 65 yaşını qeyd etdiyi gündə yolları ayırmağa qərar verib. Komandanın bu mövsüm A seriyasında uğursuz çıxışı səbəbindən bu addım atılıb. Yeni baş məşqçi vəzifəsinə Cüzeppe Yakının təyin olunacağı gözlənilir.
Qeyd edək ki, "Empoli" ölkə çempionatında 6 xalla 18-ci pillədə qərarlaşıb.
Nyus.Az

























