
Prezident İlham Əliyev Əziz İmran oğlu Əzizovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Nyus.Az-ın xəbər verir ki, Prezidentin digər sərəncamı ilə Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin (RİH) başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Yasamal RİH-in əvvəlki başçısı İbrahim Mehdiyev 1 iyul 2017-ci ildə vəzifəsindən azad olunub. Həmin vaxtdan indiyədək RİH başçısı vəzifəsi boş idi.

























