
Yaponiyada bir sosisal şəbəkə istifadəçisi "Canlı suşinin acıları" adlı video çarx paylaşıb.
Nyus.Az "ölkə.az"-a istinadən bildirir ki, video çarx qısa müddətə çox böyük marağa səbəb olub.
30 saniyəlik video çarx Tvitterə yüklənib. Bir sosial şəbəkə istifadəçisi tərəfindən lentə alınan kadrlarda restoranda masaya gətirilən istridyənin canlı olub hərəkət etdiyi görünür. Canlı istridyəni görən uşaqlar isə çubuqla onunla oynamağa başlayırlar.
Nyus.Az

























