
İspaniya kubokunda 1/16 final mərhələsinin görüşləri keçirilir.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, La Liqada işləri yaxşı getməyən "Real" səfərdə aşağı liqa təmsilçisi "Melilya"nın qonağı olub. Madrid klubu rəqibini 4:0 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab oyunu dekabrın 5-i olacaq.
"Melilya" - "Real" - 0:4
Qollar: Kərim Benzema, 28, Marko Asensio, 45, Alvaro Odriosola, 79, Kristo Qonsales 90+2
Nyus.Az

























