• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
1-11-2018, 00:27

Körpələrin ağız boşluğunda yaranan göbələk və onunla mübarizə

Körpələrin ağız boşluğunda yaranan göbələk və onunla mübarizə

El arasında ağızgəlmə, süd yarası, bəzən də pambıqca kimi tanınan xəstəlik əslində ağız boşluğunun selikli qişasının göbələklə zədələnməsidir. Ağız boşluğu və uşaqlıq yolunda göbələklər daim olur, lakin normal immun sistemi və mikroorqanizmlər onların inkişafının, xəstəlik törətməsinin qarşısını alır. Hər hansı səbəbdən immunitet zəifləyən zaman daimi olaraq ağız boşluğunda yaşayan göbələklərin inkişafı və artıb çoxalması üçün münbit şərait yaranır, xəstəlik baş qaldırır.

Nyus.Az bildirir ki, bu barədə AZƏRTAC-a məlumat verən Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib: "Xəstəlik yeni doğulan körpələrdə daha çox müşahidə olunsa da, ona bir yaşına qədər uşaqlar və bəzən böyüklər arasında da rast gəlinir. Körpələr göbələyə əvvəlcə ananın doğuş yollarında, sonralar isə qidalanmada istifadə olunan əmziklər vasitəsilə yoluxur. Həyatın ilk həftələrində immun sisteminin tam formalaşmaması səbəbindən yenidoğulmuşlarda xəstəlik özünü tez-tez büruzə verir. Böyüklərdə antibiotiklərdən qeyri-düzgün istifadə, hormonal pozulmalar, keçirilmiş ağır xəstəliklərdən sonra və hamiləlik zamanı göbələk infeksiyası baş qaldırır. Şəkərli içkilərdən daim istifadə etmək də ağız boşluğunda göbələklərin inkişafı üçün münbit şərait yaradır".

Həkim xəstəliyin əlaməti olaraq əvvəlcə körpənin dilinin üstündə, yanaqlarının içəri səthində, damaq və dodaqlarında ağ, pambığabənzər ərpin əmələ gəldiyini deyib: "İlk baxışdan adi ərp kimi görünsə də, qoparmağa çalışanda altdakı selikli qişa qanayır və yanıq təsiri bağışlayır. Əmmə və udma aktı kifayət qədər ağrılı olur. Körpə qidadan imtina edir, narahatlıq keçirir və yata bilmir. Valideynlərin əsas narahatlığı körpədə qidalanmanın zəifləməsi və çəki artımının ləngiməsindən olur. Vaxtında və düzgün müalicə aparılanda bir həftəyə qədər sağalma müşahidə olunur, əlamətlər aradan qalxır. Müalicə olunmayanda və ya düzgün aparılmayanda proses daha da genişlənir, ərplər yumşaq damağa və əsnəyə yayılır. Hətta göbələk infeksiyası bağırsaqlarda disbakterioz yaradacaq dərəcədə geniş sahəni əhatə edir. Müalicə əsasən göbələk əleyhinə preparatlarla aparılır".

Müalicə ilə yanaşı aparılan profilaktik tədbirlər barədə danışan pediatr deyib: "Ana südü ilə qidalanmanı davam etdirmək, döş giləsinin təmizliyinə xüsusi fikir vermək və onu daim quru saxlamağa çalışmaq lazımdır. Çünki nəmli mühitdə göbələklərin inkişafı üçün münbit şərait yaranır. Hər dəfə uşağa süd verməzdən əvvəl ana əllərini sabunla yumalı, körpənin qidalanmasında istifadə olunan əşya və əmziklər daim təmiz və steril olmalıdır.

XIX əsrdə yaşamış fransız alimi Klod Bernar deyib ki, mikrob heç nədir, mühit isə hər şeydir. Orqanizmdə turş-qələvi mühit pozulanda göbələk uçun əlverişli turş mühit yaranır. Onun yaranmasının əsas səbəbi çoxlu şəkər, un məmulatları və hətta inək südünün qəbul edilməsidir. Ona görə də uşağa süd verən ana sağlam qidalanmalıdır. Körpə süni gidalanırsa, tərkibində inək südü olan qarışıqdan imtina etmək lazımdır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az