
La Liqanın 10-cu turunda "Barselona" ilə matçda zədələnən Marselonun son durumu müəyyənləşib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, tibbi müayinədən keçən braziliyalı müdafiəçinin sağ ayaq əzələsində problem aşkarlanıb. Onun ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Marselo sentyabrda da zədələnmişdi O, oktyabrın 18-i məşqlərə qayıtmışdı.
Nyus.Az

























