
"Real" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçinin bu gün keçirdiyi iclasda bu qərar verilib. Komandanın uğursuz çıxışı səbəbindən ispan mütəxəssislə müqavilə vaxtından əvvəl ləğv edilib.
Klubun yaydığı açıqlamada komandanın oyunçuları ilə məşqçi heyətinin səviyyəsi arasında böyük fərq olduğu vurğulanıb. "Real"ı müvəqqəti olaraq "Kastilya"nın baş məşqçisi Santiano Solarinin çalışdıracağı bildirilib.
REDBULL ƏTRAFLI
Qeyd edək ki, son olaraq "El-Klassiko"da 1:5 hesabı ilə uduzan "Real" La Liqada 14 xalla 9-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, X.Lopeteqi bu ilin yayında Madrid klubunun baş məşqçisi təyin edilmişdi.
Nyus.Az

























