• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları
  • 16-07-2026 Vens: ABŞ İranda hakimiyyəti dəyişmək üçün quru əməliyyatı keçirməyəcək
  • 16-07-2026 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
  • 16-07-2026 Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
  • 15-07-2026 10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
  • 15-07-2026 ABŞ İranın dəniz blokadasını bərpa edib
  • 15-07-2026 FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
  • 15-07-2026 Nəvai Moskvadakı qəzaya görə məhkəməyə verildi
  • 15-07-2026 Gəncədə yas mərasimində kütləvi zəhərlənmə olub - Yenilənib
  • 15-07-2026 Pezeşkian: Trampın təxribat xarakterli bəyanatlar verməsi təbiidir
  • 15-07-2026 ABŞ İrana yenidən zərbə endirib
  • 15-07-2026 Pezeşkian İran dövlət televiziyasını sərt tənqid etdi
  • 15-07-2026 "The Liberum" Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi əsas mesajları işıqlandırıb
  • 15-07-2026 Abşeron İcra Hakimiyyəti "qanunsuzdur" dedi, amma tikinti dayanmadı-VİDEO

XƏBƏRLƏR

    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
    Argentina millisinin DÇ-dən kənarlaşdırılması ilə bağlı petisiya yaradıldı
29-10-2018, 07:47

"Bir də onda ayıldım ki, artıq aktrisayam" - FOTO

"Bir də onda ayıldım ki, artıq aktrisayam" - FOTO

Leyla Lydia Tuğutlu: "Yaşam qaynağım sevgidir"

Nyus.Az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Son zamanlar Türkiyə seriallarında yeni-yeni məşhurlaşan gənc aktrisalar gündəmin əsas mövzusudur. Bu gün Türkiyədə çəkilən seriallarda yeni simalar görünür və onlar kifayət qədər sevilir, məşhurlaşırlar. Türkiyə kino aləmində yeni-yeni tanınmağa başlayan Leyla Lydia Tuğutlu yerli mediaya müsahibə verib. Hazırda "TV-8" kanalında yayımlanan "Kızım" serialında baş rolu canlandıran aktrisa, bu sənətə modellikdən gəldiyini deyib.

- Almaniyadan Türkiyəyə uzanan rəngli yaşam hekayənizi eşidə bilərikmi?

- Berlində dünyaya gəlişəm. Gözəl bir uşaqlıq keçirmişəm. İbtidai sinfə Berlində getmişəm, təxminən 6 yaşımda olarkən Türkiyəyə gəldik. Orta təhsilimi Türkiyədə davam etdirdim. Almaniyada yaşadığımız illərdə atam mənimlə türk dilində danışdığı üçün bu dili öyrənməkdə və mədəniyyətə adaptasiya olmaqda heç də çətinlik çəkmədim. Həyatımın böyük hissəsi Türkiyədə keçib. İlk əvvəl məktəblə birlikdə, konservatoriyada musiqi təhsili aldım. 2005-ci ildə modellik yaraşmasına qatıldım və bir neçə il model sənəti üzrə çalışmağa başladım. 2008-ci ildə gözəllik yarışmasına qatıldım və aparıcı olaraq fəaliyyət göstərməyə başladım. Bundan sonra uğurlarımın davamı gəldi və bir də onda ayıldım ki, artıq aktrisayam.

- Aktrisalıq, modellik, konservatoriya təhsili kimi bir çox fərqli sahələrdə təcrübələriniz olub. Özünüzü bunlardan hansına daha yaxın hiss edirsiniz?

- Özümü ən çox aid hiss etdiyim yer aktrisalıq və musiqi sənəti olub. Bundan başqa, oxumaq, yazmaq, idman etmək və yoqa ilə məşğul olmağı çox sevirəm.

- Yaşam enerjinizin qaynağı nədir?

- Yaşam enerjimin qaynağının sevgi olduğuna inanıram.

- Özünüzün ən çox sevdiyiniz tərəfləriniz hansılardır?

- Humanist, heyvansevər və realist bir insan olduğumu düşünürəm.

- Ekranla necə tanış oldunuz, sizi buna kim cəsarətləndirdi?

- Kiçik yaşlarımda, ailə dostlarımız hər zaman televiziyada bir iş görə biləcəyimi deyirdilər. Uşaq olarkən onların bu sözləri mənə tam olaraq çatmırdı. Ancaq yeniyetmə yaşlarımda model olmağı çox istəmişdim və bu işə model kimi daxil oldum. Sonrası isə özündən inkişaf etməyə başladı. Daha sonra isə aparıcı kimi fəaliyyət göstərdim. Özümü ekranda görəndə qürur duymuşdum və çox həyəcanlanmışdım. Aylıq maaşla bir şirkətdə çalışmaq və insanlardan gözəl reaksiyalar almaq mənim xoşuma gəlmişdi.

- Hazırda hansı layihələrdə rol alırsınız?

- Hazırda "Cebimdəki yabancı" filmindən sonra yeni bir layihə ilə ekrana geri döndüm. Uzun müddət gözlədikdən sonra "Kızım" serialının ssenarisini oxudum və özümü həmin obrazda və xarakterdə gördüm.

- Serialda sizi ən çox cəzb edən nə oldu?

- Həyatdan götürülmüş bir ssenarisi var idi. Ssenaridə heç bir şişirtmədən istifadə olunmamışdı və hadisələr sanki həyatın içində yaşanırdı. İnsanları güclə nəyəsə inandırmır və tamaşaçıya təqdim olunan dramın içərisində bir çox komik anlar da var. Üzümüzü güldürən, ümidverən bir hekayədir. Elə seriallar var ki, onları izləyərkən çox yorulursunuz. Ancaq "Kızım" serialı onlardan deyil.

- "Cebimdeki yabancı"dan sonra ikinci dəfə Buğra Gülsoy ilə bir layihədə rol alırsınız və bu dəfə sizi tərəfdaş olaraq görürük.

- Buğra onsuz da, çox yaxşı bir aktyordur. "Cebimdeki yabancı" da çox uğurlu alınmışdı. Bu serial isə ikimiz üçün də yenilik olacaq. Buğra ilə çox gözəl münasibət qurmuşuq. Mənim üçün iştirak edəcəyim layihələrdə oynayacağım insanlarla enerjimin tutması və yaxşı yola gedə bilmək çox önəmlidir. Çünki bunun tamaşaçıya keçdiyini düşünürəm.

- Aktyorluq həyatınızda dönəm nöqtəsi hansı rolunuz olub?

- Əslində mənim üçün canlandırdığım obrazların hamısının yeri ayrıdır və oynadığım rolların hamısı fərqli xarakterlərdir. Amma kino sahəsində mənə çox gözəl təsir göstərən "Delibal" filmi olub.

- Heç oynamadığınız, amma mütləq şəkildə təcrübədən keçirmək istədiyiniz bir xarakter, obraz varmı?

- Hərəkətliliyi çox sevirəm. Güclü bir qadını sevərək canlandırardım ya da detektiv və polis qadını rolunda oynamağı çox istəyərəm.

- Bəs hansı aktyorlarla bir səhnəni paylaşmaq istəyirsiniz?

- İstədiyim bir çox aktyorlarla oynama şansım oldu. Bu mövzuda özümü şanslı hesab edirəm.

- Canlandırdığınız xarakterləri ekranda izləyib özünüzü müzakirə etdinizmi?

- Bəli, bunu çox zaman edirəm. Bizim sənətimiz özümüzə əmin olub, bəyənə biləcəyiniz bir sənət deyil. Özünü izləyərkən bəyənən insanı səmimi hesab etmirəm. İşin içinə eqo daxil olarsa, çalışdığımız missiyadan uzaqlaşırıq.

- 30 yaşına yaxınlaşarkən gözəl və baxımlı qalmaq üçün nələr edirsiniz?

- Əslində böyüdükcə daha təbii olmağa başlayıram. Çox su içirəm, sağlamlığıma, qidama diqqət edirəm. İstifadə etdiyim məhsulların tərkibində bitki mənşəli maddələr var. Yoqa ilə də məşğul oluram və bu, mənə başqa bir enerji verir.

- Sizcə, bir qadının ən gözəl yaş dövrü nə vaxtdır?

- İnsan yaşadığı hər ilin, ömrün ən gözəl yaş dövrü olduğunu hesab edir.

- Sizcə, eşq insanı həqiqətən gözəlləşdirir?

- Gözəlləşdirdiyinə inanıram. Çünki insanın enerjisi pozitiv tərəfdən çox dəyişir. Özünü, hər şeyi edə biləcək gücdə hiss edir. Bunu özümdən uydurmuram. Eşqin mənə hiss etdirdiyi budur. Ancaq eşqin, qarşımızdakı insanın deyil, bizim yaratdığımız bir hiss olduğunun da fərqindəyəm. Kaş ki, bu hissi içimizdə tuta bilsək.

- Qarşınızdakı insan hansı yönləri ilə sizi özünə aşiq edə bilir?

- Mənim üçün önəmli şey qarşımdakı insanın güclü bir xarakterə sahib olması və özü ola bilməyidir. Kiçik planlar quraraq münasibət saxlamağa çalışan sevgililəri heç xoşlamıram. İnsanın bir anda "səni buna görə çox sevirəm" deyə biləcək qədər inamı olmalıdır. Təbii ki, mənim ən dəli və zəif anlarımı sevə bilməlidir. Onunla birlikdə çox danışıb gülə bilməliyəm. Biz bir-birimizi uzun zamandan bəri tanıyırıq. Yaxın dost idik və bu, bir münasibətə çevrildi. Məncə, dostluq çox qiymətlidir.

- Xoşbəxt bir münasibətin təməl prinsipi nədir?

- Dost ola və bir-birinizi təmənnasız sevə bilmək.

- Avropada və Türkiyədə evliliyə baxış bucaqları çox fərqlidir. Xaricdə doğulmuş biri olaraq, siz bunların hansını doğru görürsünüz?

- Mənə görə, bu işin doğrusu və yanlışı yoxdur. Mən sadəcə anası və atası ayrılmış biri olaraq, evliliyə keçmişdə isti baxa bilmirdim.

- Yaşınıza görə olduqca yetkin və sakit bir insansınız. Belə bir xarakterə sahib olmağınızın səbəbləri nələrdir?

- Çox kiçik yaşlarımdan belə bir xarakterə sahib idim. Yaşıma görə hər zaman yetkin biri idim. Mən hər zaman yaşıma görə hərəkət edən biri olmuşam. Hər şeyə şübhəli yaxınlaşan, bir şeyi danışarkən onu götür-qoy edən bir xarakterə sahibəm. Təbii ki, ailənin də buna təsiri var. Atam hər zaman deyirdi ki, özünü inkişaf etdir. Anam isə həyatıma yoqa daxil edən insandır.

- Yuxudan durarkən sizi xoşbəxt və ümidlə qaldıran səbəblər nələrdir?

- Ehtiyacım olan hər şey hər zaman sahibəm.

- Özünüzü ən çox harada rahat hiss edirsiniz?

- Evimdə.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az