
Millimizin futbolçusu Riçard Almeyda "Astana"nın heyətində növbəti oyununa çıxıb.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Yabloneç"lə matçda iştirak edib. Start heyətdə meydana çıxan 29 yaşlı yarımmüdafiəçi 90-cı dəqiqədə əvəzlənib. Almeyda 76-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, sözügedən görüş 1:1 hesabı ilə başa çatıb. Qazaxıstan klubunun yeganə qolunu "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike vurub.
Nyus.Az

























