
Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli münaqişə tərəflərinin maraqlarına cavab verir.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirilən mətbuat konfransında deyib.
"Münaqişənin sülh yolu ilə həlli bütün iştirakçıların - həm ATƏT-in Minsk qrupunun, həm münaqişə tərəflərinin maraqlarına cavab verir. Biz həmişə bunu dəstəkləmişik və bu, əsas məqsədimiz olub", - deyə XİN rəsmisi qeyd edib.
Nyus.Az

























