• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-10-2018, 08:10

Bu yerlərdə limon sarı...

Bu yerlərdə limon sarı...

Çay süfrəsini onsuz təsəvvür etmək mümkün deyil. Lakin, bu ətirli sitrus meyvəsi ilə çay içərkən şəkərdən istifadə etmək məsləhət görülmür.

Limon təkcə dadına görə sevilmir...

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, tarixi mənbələrə əsasən limonun əsl vətəni Hindistandır. Sonralar bu meyvə Hindistanın Himalay dağlarından Mesopatamiyaya, oradan da İtaliyaya aparılıb. X əsrdə ərəblər limonu Fələstində yetişdiriblər. Xaç yürüşləri zamanı limon yenidən Fələstindən Avropaya qayıdıb.

Limonu Azərbaycana lap qədim zamanlardan gətirməyə başlayıblar. Bütün sitrus meyvələri kimi, o da yalnız Lənkəran və Astara rayonlarında yetişdirilir.

Ölkəmizə sonradan gətirilsə də, limonun faydalı olduğu dərhal başa düşülüb. Möhkəm qabığı onu hər fəsildə saxlamağa imkan verir. Qabıq həm də limonun tərkibindəki vitaminlərin uzun müddət saxlanılması üçün sipər rolu oynayır.

XI əsrdə İbn Sina ürək xəstəliyinin müalicəsində limonun əvəzsiz dərman olduğunu yazırdı. O, limonu hamilə qadınlara və sarılıq xəstəliyinə tutulmuş xəstələrə yeməkdə istifadə etməyi məsləhət görürdü.


Limon müasir dövrün geniş yayılan təzyiq, xolesterin və laxtalanma kimi qan xəstəliklərində tez və təsirli nəticə verən vasitə kimi istifadə edilir. Kulinariya, ətriyyat və kosmetologiyada da limonun istifadəsi geniş yayılıb. Limon kosmetologiyada ağardıcı vasitə kimi istifadə olunur. Onun köməyi ilə sızanaq izlərini və yaydan qalan piqment ləkələri aradan qaldırmaq olur. Bu bitkinin tərkibi C vitamini ilə zəngin olduğuna görə orqanizmdə olan şlak və toksinlərin təmizlənməsində xüsusi rol oynayır. Dirsəklərdə olan quruluq və qaralma zamanı da limondan istifadə olunur. Həftədə iki-üç dəfə bu meyvəni ortadan iki yerə bölüb həmin nahiyəyə sürtməklə problemi aradan qaldırmaq mümkündür . Limonun qabığının dişə sürtülməsi ağardıcı təsir göstərir. Diş məcununa bir qədər limon şirəsi və soda əlavə edilməsi də dişlərin ağarmasına, diş dibinin möhkəmlənməsinə səbəb olur.

Otaq şəraitində yetişdirilən limonun xüsusi növləri var. Bu bitki yalnız yaz və yay aylarında iki-üç dəfə boy atır, qışda isə istirahət edir. Növündən asılı olaraq limon ildə bir dəfədən dörd dəfəyə qədər meyvə verir. Bitkinin yarpaqları otaqdakı havanı müxtəlif mikroblardan təmizləyən fitonsidlər buraxır. Limonun xoş ətri müsbət təsir göstərir, stressdən azad edir, yaddaşı yaxşılaşdırır, iş qabiliyyətini artırır. Ona görə də evdə yetişdirmək üçün güclü ətrə malik limon növləri seçmək lazımdır.

Limon ağacının yaxşı vəziyyəti yarpaqların sağlam və təzə olması ilə müəyyən edilir. Hər yarpağın ömrü iki-üç ildir. Vaxtından əvvəl yarpaqların tökülməsi isə hansısa bir xəstəliyin əlamətidir. Ciddi qayğıya ehtiyacı olan və bununla belə o qədər də böyüyüb boy atmayan limon ağacı yaxşı qulluq ediləndə otaq şəraitində 70, açıq şəraitdə isə 100 ildən 200 ilə qədər yaşayır.

Bir çox içkilərə və xörəklərə dad verən limonun maraqlı bir xüsusiyyəti var. Turş dadına baxmayaraq onun tərkibində bəzi şirin meyvələrdə olduğundan daha çox şəkər var. Halbuki bəzi xalqların mətbəxində bu bitkidən iştahaaçıcı turşu kimi istifadə edilir.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az