• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-10-2018, 07:59

Seboreya və onun növləri

Seboreya və onun növləri

Seboreya piy vəzləri funksiyasının pozulması nəticəsində əmələ gəlir. Bu zaman vəzdə piyin kəmiyyət və keyfiyyət dəyişikliyi baş verir. Başqa səbəblərlə yanaşı bəzi vitamin və fermentlərin çatışmazlığı, həmçinin irsi meyillilik də seboreyanın əmələ gəlməsinə səbəb ola bilər.

Nyus.Az AZƏRTAC-a istinadən bildirir ki, paytaxtdakı 15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucovanın verdiyi məlumata görə, seboreyanın quru, yağlı və qarışıq növü var: "Quru seboreya zamanı başın tüklü hissəsində paraketotik xarakterli qabıqlanma, başqa sözlə kəpək müşahidə olunur. Onun miqdarı tədricən artır və başın tüklü hissəsinin dərisindən ayrılaraq, çiyinə və paltarın üstünə tökülür. Bəzən quru seboreya zamanı qaşınma müşahidə olunur. Saçların quruması və seyrələrək tökülməsi keçəlliyə aparıb çıxara bilər. Bununla bərabər üzün dərisi də quruyur, kəpəklənir və yüngül qıcıqlanma hissi yaranır.

Dərinin açıq sahələrində, həmçinin başın tüklü hissəsində seboreyanın əmələ gəlməsində əsas rolu "pitirosprum ovale" adlı göbələk oynayır. Xəstəliklə mübarizənin çətinliyi həmin göbələyin miqdarından asılıdır. Quru seboreya ekzemsatoz proseslərinin inkişafına səbəb ola bilər.

Onun dediyinə görə, yağlı seboreya duru və qatı olmaqla iki formaya ayrılır: "Duru seboreya zamanı dəri piyi duru olduğundan genişlənmiş piy axarından asanlıqla axıb gedir və qara nöqtələr demək olar ki, əmələ gəlmir. Xəstələrin üzü qızarır, yanaqları, burnu, alnı və saçları yağlı və parıltılı olur. Duru seboreya zamanı bir sıra ağırlaşmalar-dərinin irinli xəstəlikləri, tüklərin tökülməsi və başın tüklü hissəsinin kəpəkləməsi baş verə bilər.

Qatı seboreya zamanı piy axarlardan çətinliklə xaric olur və dəri səthində onun qalın quru təbəqəsi görünür.

Xəstənin üz, sinə və kürəyində sızanaqlar, qara nöqtələr yaranır, qatılaşmış dəri piyi hiperkeratoz nəticəsində daralmış axarlarda donub tıxac əmələ gətirir. Nəticədə piy axarları bağlanır. Yaranan piy tıxaclarını yanlardan sıxdıqda oradan bir ucu qara sapvari yağlı kütlə xaric olunur.

Bəzi xəstələrdə seboreyanın qarışıq formasına rast gəlinir, orqanizmin bir nöqtəsində quru, başqa bir nahiyəsində isə duru seboreya əlamətləri ola bilər".

Həkim-dermatoloq müalicə qaydaları barədə deyib: "Həmin xəstələr ilk növbədə ətraflı müayinədən keçirilməlidir. Onlarda hansısa daxili və yaxud digər xroniki problemin, endokrin pozuntunun, cinsi orqanların xəstəliklərinin, mədə və qaraciyər patologiyalarının olub-olmaması araşdırılır. Müalicə zamanı isə qıcıqlandırıcı və kəskin qidalara, spirtli, qazlı içkilərə qadağa qoyulur. Xəstəyə vitamin kompleksi, hepatoprotektor, desensibilizəedici, lazım gələrsə antibiotik və göbələk əleyhinə müalicə təyin olunur. Saçlar bitki tərkibli, göbələk əleyhinə, vitamin kompleksli şampunlarla yuyulmalıdır. Yuxu və istirahətə xüsusi diqqətlə yanaşmaq, idmanla məşğul olmaq və təmiz havada gəzmək lazımdır".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az