• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
22-10-2018, 07:47

Arı sancmaları zamanı nə etməli?

Arı sancmaları zamanı nə etməli?

Həkimlər deyir ki, bu zaman ilkin tibbi müdaxilə mühüm rol oynayır

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Bağdan meyvə yığırdım. Bilmədən arının yuvasına toxundum. Elə bu an məni bir arı sancdı. Əvvəlcə fikir vermədim, fikirləşdim ki, heç nə olmaz. Bir müddət sonra sifətim şişməyə başladı. Məcbur qalıb xəstəxanaya apardılar. Şiş o qədər böyük idi, üzüm tanınmaz hala gəlmişdi. Yaxşı ki, həkimlər vaxtında müdaxilə etdilər. Üç gün ərzində şiş yavaş-yavaş çəkilib getdi. Həkimlər dedi ki, arı sancmasından sonra orqanizm şok keçiribmiş. Bir daha əmin oldum ki, bəzən önəmsiz hesab etdiyimiz, fikir vermədiyimiz problemlər sonradan böyük problemə çevrilə bilir". Bu sözləri bizimlə söhbətində Günel Kərimova söylədi. Onun da qeyd etdiyi kimi, bəzən əhəmiyyət verməsək də, sonradan arı sancmalarının böyük fəsadları üzə çıxa bilir. Bəs arı sancmaları zamanı nə etməliyik?

Həkim-pediatr Kənan Qarayevdeyir ki, hər şey ilkin tibbi müdaxilədən asılıdır: "Bəzən arı sancmasından sonra həmin şəxsin orqanizmində allergik şok reaksiyası müşahidə edilir. Burada önəmli olan ilkin yardımın hansı formada göstərilməsidir. Bəzən elə olur ki, arı sancan şəxsdə ciddi fəsadlar müşahidə olunmur. Amma elə insan var ki, arı sancmasına və arı məhsullarına qarşı allergik reaksiya verir. Allergik insanlarda arı sancması baş verdiyi zaman xəstənin halı xeyli pisləşə bilir. Belə ki, hətta bəzən ölüm halları da olur. Dil, dodaq, qırtlaq və üz nahiyəsinin sancılması isə daha təhlükəli hesab olunur. Bir neçə yerdən sancmalar zamanı ağır intoksikasiya (zəhərlənmə) inkişaf edə bilər. Bu halda insanı dərhal xəstəxanaya çatdırmaq lazımdır. Adətən belə adamların orqanizmi təkcə arı deyil, digər həşərat sancmalarına qarşı da eyni reaksiyanı verir. İnfeksiya daşıyıcısı olan həşəratlar sancdığı zaman isə daha ciddi fəsadlar müşahidə olunur. Bu zaman xəstənin halında ağırlaşmalar başlayır. Yaxşı olar ki, arının sancdığı nahiyənin daha çox hissəyə yayılmaması üçün ilkin tibbi yardım vasitələrindən istifadə olunsun. Arının sancdığı nahiyədə iynə qalıbsa iynəni oradan çıxarmaq üçün müdaxilə edilməlidir. Çalışmaq lazımdır ki, arının sancdığı yerə buz və yaxud soyuq su ilə isladılmış dəsmal qoyulsun. Sancılan yeri rezinlə bağlamaq faydalıdır. İlkin tibbi müdaxilədən sonra xəstə dərhal xəstəxanaya çatdırılmalıdır. Xəstənin ağrıları çox olduqda isə ona müəyyən ağrıkəsicilər verilə bilər. Vəziyyət ağır olduqda venadaxili müdaxilələr edilir. Bəzən arı sancan zaman türkəçarə üsullarından istifadə olunur. Amma bu, heç də faydalı deyil. Məsləhətdir ki, xəstənin qan təzyiqi ölçülsün. Qan təzyiqi ölçüldükdən sonra dərhal həkim müdaxiləsi vacibdir".

Tibb elmləri doktoru Şəmsiyyə Namazlı deyir ki, arı sancmaları xalq təbabətində müalicəvi metod kimi istifadə olunur: "Amma hər kəsin orqanizmi eyni deyil. Hər bir şəxs orqanizminin həssaslığı, immun-bioloji tarazlığından asılı olaraq arı sancmalarına fərqli reaksiya verə bilir. Bəzən hətta arı sancmalarından sonra xəstə şok vəziyyətinə düşə bilir. Ona görə demək olmaz ki, hər kəs arı sancmasına qarşı eyni reaksiyanı verəcəyini gözləmək olmaz. İlan sancmaları zamanı xüsusi dərmanlar tətbiq olunur. Arı sancmaları zamanı isə xüsusi metod yoxdur. Hər kəsə fərqli qaydada tibbi müdaxilə edilir. Həssaslığı olan insanlar özünü arı sancmalarından qorumalıdır. Çünki belə insanlarda arı sancmaları zamanı orqanizm şoka düşə bilir".

Həkim qeyd etdi ki, indi müasir təbabətlə qədim təbabət təkmilləşdirilərək arı sancmalarından müalicə metodu kimi istifadə olunur: "Tibdə bunun əhəmiyyəti böyükdür. Xalq təbabətində də arı sancmalarından istifadə olunur. Amma adətən türkəçarələrin arı sancmaları zamanı faydası olmur. Çünki arının zəhəri həmin nahiyədə dəri altına keçir. Amma istənilən halda, insanlar arasında müəyyən fikirlər kök salıb. Bəzən hətta hansısa metodun ağrını azaltdığına inanırlar. Bu, əslində psixoloji bir məsələdir. Belə metodların fizioloji əhəmiyyəti yoxdur".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az