• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
22-10-2018, 07:28

"Saçım saçın olsun" - Örnək

"Saçım saçın olsun" - Örnək

Saçlarını xərçəng xəstəsinə bağışlayan Səmanur Niftəliyeva: "Ən çox dəyər verdiyin əşyanı da ehtiyacı olan insanlarla paylaşmağı bacarmalısan"

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

"Saçlarımı çox sevirəm. Hər qız kimi saçlarıma vurğunam. Amma atam mənə həmişə deyirdi ki, ən çox dəyər verdiyin əşyanı belə, ehtiyacı olan insanlarla paylaşmağı bacarmalısan. Mən də saçlarıma dəyər verirdim və onu sevə-sevə ehtiyacı olan həmyaşıdımla paylaşdım".

Bu sözləri özü balaca, ürəyi geniş olan Səmanur deyir. Onun hələ 11 yaşı var. Uşaqlıqdan saxlayıb, uzatdığı saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən 6 yaşlı həmcinsinə bağışlayıb: "Ailəm sosial şəbəkələrdə "Saçım saçın olsun" aksiyasi ilə tanış olub, mənə danışdılar. Aksiyada bildirilirdi ki, 6 yaşlı qız xəstə olduğu üçün saçları tökülüb. Amma məktub yazaraq, qeyd edib ki, uzun saçlarının olmasını istəyir. Mənim də saçlarım uzun idi və ona hədiyyə etmək istədim. Anamın da dediyi kimi, saçımın kökü onsuz da özümdədir, yenə uzanacaq. Əsas odur ki, xəstəlikdən əziyyət çəkən bacım da arzusuna çatacaq və sağalacaq".

Bu dəfə "Örnək" rubrikasının qonaqları xərçəng xəstələrinə təmənnasız motivasiya verən və ümid olan "Saçım saçın olsun" layihəsinin rəhbəri Sevinc Məmmədova və saçını bağışlayan Səmanur Niftəliyevadır.

"Qoy bütün qadınlar gözəl olsun"

Layihə rəhbəri Sevinc orta təhsillidir. İki yerdə işləyir. Gündüzlər bir restoranda aşpaz köməkçisi, saat 19:00-dan gecə yarısına qədər ayıq sürücü xidmətində operator kimi çalışır. İş qrafiki gərgin olsa da, könüllü şəkildə xəstələrə ümid olmaq üçün də işləyir. Deyir ki, bir xərçəng xəstəsi üçün saçının tökülməsinin necə travma olduğunu öz həyatından bilir: "Anam da xərçəng xəstəsi olub. Onun saçları töküləndə çox sarsılmışdı. Öz saçını özü qırxmışdı. Üstündən çox vaxt keçib, amma o mənzərəni hələ də unuda bilmirəm. Mən bilirəm qadın üçün saçlarını itirmək nə deməkdir. Onsuz da xəstəliyin ağırlığı onları incidir. Bir də keçəlliyə görə, onların cəmiyətdən xaric olmasını, insan içinə çıxmağa utanmasını istəmirəm. Qoy bütün qadınlar gözəl olsun".

Ümid, sevinc, motivasiya...

Sevincin özünün də uzun saçları olmasına baxmayaraq, onları xərçəng xəstəsinə bağışlayıb. İlk dəfə saçını bağışladıqdan sonra, belə bir layihəni yaratmaq qərarına gəlib. Deyir ki, pariklərin qiymətləri ilə tanış olduqdan sonra, xəstələrə yardım etmək üçün aksiya təşkil edib. "Saçım saçın olsun" layihəsi vasitəsilə saçlarını bağışlayan xanımlardan saç toplayır, sonra həmin saçlardan parik hazırlatdırır və xərçəngdən əziyyət çəkən qadın və uşaqlara hədiyyə edirik: "Bir gün "facebook"da elan gördüm. Xərçəng xəstəsi bir xanım özü üçün saç axtarırdı. Mən xanıma yazdım, onunla birlikdə salona getdik və saçımı bağışladım. Elə o vaxt müşahidə etdim ki, bir insanın saçı ilə bir parik düzəlmir. Əlavə iki xanım da lazım idi. Ümumi 3 nəfərin saçından bir xanıma parik hazırlandı. Üstəlik, pariklər də çox bahalıdır. Əgər almaq istəsən, təbii saçdan hazırlanmış pariklərin minimum qiyməti 300-400 manatdan başlayır. Saçı aldıqdan sonra hazırlatdırmaq üçün də ustaya pul verilir. Onsuz da müalicəsi çox baha başa gələn xanımların bu məbləği ödəməyə imkanının yetməyəcəyini bilirik. Saç qadının gözəlliyinin ən vacib elementidir, çətin zamanlardan keçən bu xanımlar üçün atılmış ən kiçik addım belə böyük motivasiya olur. Buna görə, qərara aldım ki, ölkəmizdə də "Saçım saçın olsun" adlı aksiyaya başlayaq. Layihə Türkiyədə, eləcə də dünyanın bir çox ölkəsində çox effektli alınıb. Mən də layihəni qonşu ölkədə görmüşdüm və düşündüm ki, niyə bizdə olmasın. Belə bir səhifə hazırladım. Xanımlar saçlarını könüllü şəkildə hədiyyə edir, usta təmənnasız hazırlayır və biz xərçəng xəstələrinə bağışlayırıq. Bu xəstəliyin əsas müalicəsi motivasiyadır. Xəstəyə həyata tutunmaq üçün bir səbəb lazımdır. İstənilən xəstəlikdə sağalacağına ilk olaraq özün inanmalısan. Həmişə anama deyirdilər ki, əsas dərman inamdır. Təsəvvür edin, saçları tökülən insana tanımadığın xanımın saçını bağışlaması necə böyük ümid, sevinc, motivasiyadır. Bunu həm də qadın həmrəyliyi kimi düşünmək olar".

Sevinc layihəni həyata keçirərkən ilk vaxtlar usta tapmaqda çətinlik çəkib: "Layihəyə dəstək gözlədiyimdən də çox gəldi. Xanımlar, qızlar dəstək oldular, paylaşdılar. Lakin ilk günlər saç ustası tapmaqda çətinlik çəkirdim. Evimdə bağışlanan xeyli saç olsa da, həmin saçlardan təmənnasız parik hazırlamağa könüllü ustalar tapa bilmirdim. Amma bu işi öhdəsinə götürəcək salon da, saç ustaları da tapdım. Artıq həmrəy olub, xərçəng xəstələrinə motivasiya verə bilirik".

"Səmanur kimi azyaşlının bunu dərk etməsi çox önəmlidir"

Səmanurun saçlarını bağışlamasına gəldikdə isə, Sevinc deyir ki, azərbaycanlı uşaqların belə böyük ürəyə sahib olmaları çox sevindiricidir: "Səmanurun qeyd etdiyi 6 yaşlı qız uzun saçlarının olmasını çox istəyirdi. Aksiyanı gördükdən sonra mənə xəstəxanadan səs atmışdı ki, saçlarının uzun olmasını çox istəyir. Bununla bağlı ailəsi Səmanura məlumat verib. O da saçlarını bağışladı. Balaca qızcığaz o qədər sevindi ki... Səmanur kimi azyaşlının bunu dərk etməsi çox önəmlidir".

"Bizim üçün dəyərli olan əşyamızı paylaşmaqdan çəkinməmişik"

Örnək uşaq yetişdirən Səmanurun atası Qəşəm Niftəliyevlə söhbətləşirik. Deyir ki, uşaqlıqdan xəstə olduğu üçün xəstəlikdən əziyyət çəkən insanları anlayır: "Mən uşaqlıqdan həm kasıb ailədə böyümüşəm, həm də xəstə olmuşam. Bu həyatı yaşayan xəstələrin vəziyyətini daha yaxşı anlayıram. Xərçəng xəstələrinin vəziyyəti isə nisbətən kritikdir. Səmanur gözünü açandan ailədə paylaşmağı görüb, öyrənib. Biz kənddən Bakıya təzə gəlmişik. Evimizdə artıq nəyimiz olubsa, onu ehtiyacı olanlarla paylaşmışıq və bunu da övladlarımıza aşılamışıq. Uşaq görüb ki, bizim üçün dəyərli olan əşyamızı, ərzağımızı belə, paylaşmaqdan çəkinməmişik. Adətən insanlar bir-birlərinə xoşlamadıqları hədiyyələri verir, ən sevdiklərini özlərinə saxlayırlar. Biz isə daha çox istədiyimizi vermişik. Həmişə inanırıq ki, Allah heç bir yardımı qarşılıqsız qoymur".


"Saça hələ də namus kimi baxırlar"

Həmsöhbətimiz deyir ki, saçın bağışlanması kənd yerində o qədər də yaxşı qarşılanmayıb: "Kəndin bəzi yerlərində geri düşüncəli insanlar saça hələ də namus kimi baxırlar. Bilirdim ki, biz tərəf yaxşı qarşılamayacaq. Amma önəmli olan bizim düşüncəmiz və qərarımızdır".

Uşaqların tərbiyə məsələsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, informasiya bolluğunun tüğyan etdiyi dövrdə uşaq tərbiyə etmək asan deyil. Onun sözlərinə görə, əvvəllər uşağın tərbiyəsindən ananı cavabdeh tuturdularsa, indi ata da ana qədər məsuliyyətli olmalıdır: "Uşaq tərbiyəsi toplumumuzda anaların öhdəliyinə atılıb. Amma mən bu fikirlə heç vaxt razı olmamışam. Çünki ata da ana qədər məsuliyyətli olmalı, əl-ələ verib cəmiyyət üçün xeyirli övlad yetişdirməlidirlər. Bu dövrdə uşaq tərbiyə etmək asan deyil. İnternet, telefon, seriallar artıq həyatımızın bir parçasına çevrilib. Bunun üçün övlad tərbiyəsində diqqətli olmalıyıq".

Qeyd edək ki, "Saçım saçın olsun" layihəsi dünyanın bir çox ölkəsində baş tutub. 2 aydır ki, ölkəmizdə fəaliyyət göstərməsinə baxmayaraq, qadınlar tərəfindən kifayət qədər maraq var və yardım edilir. Aksiyaya hər yaşdan olan qadınlar qatıla bilər. Layihəyə təqdim olunacaq saçlar isə, ən az 30 santimetr uzunluğunda olmalı, əsasən kimyəvi boyalarla rənglənmiş cansız saçlar olmamalıdır. Layihə rəhbərinin də dediyi kimi, bir qadına verdiyimiz müəyyən miqdar saçla ona özgüvən, sevinc, ən əsası, yaşamaq eşqi bəxş edə bilərik.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az