• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
19-10-2018, 09:33

Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib

Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında onkoloji xəstədə uğurlu plastik estetik əməliyyat icra olunub. Xəstənin çənəsinə qalça sümüyünün bir parçası yerləşdirilib. Yanaqdakı boşluğa isə qasıqdan götürülən dəri qoyulub.

Nyus.Az xəbər verir ki, Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat haqqında ATU Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri Məhəmməd Davudov məlumat verib.

Həkim deyib: "Xəstədə hələ 6 il bundan əvvəl əməliyyat aparılıb. Həmin vaxt xəstə ağız boşluğunda xora diaqnozu ilə bizə müraciət etmişdi. Müayinə zamanı bu zonada bədxassəli şişin olduğu aşkarlandı. Şişin ilkin ölçüsü kiçik olduğundan, onun tam götürülməsi məqsədəuyğun idi. Belə də etdik. Şişi tam şəkildə və yapışıq olması səbəbindən həmin nahiyədəki sümüklə birlikdə götürüldü. Xüsusi titanla, rekonstruktiv lövhə ilə sümük defektini yerinə qoyduq. Xəstə funksional baxımdan bir problem yaşamadı. Əməliyyatdan sonrakı patohistoloji analizlər tam təmiz çıxmışdı".

Həkim buna baxmayaraq, əməliyyatdan 1 il sonra həmin xəstənin ağzında, selikli qişada deyil, sümük ətrafında şişin yenidən yarandığını bildirib: "Növbəti əməliyyat aparıldı və bu dəfə həmin nahiyədə sümük götürüldü. Xəstə radioterapiya müalicəsi aldıqdan sonrakı 5 il müddətində tam normal şəkildə həyatına davam edib. Yeganə problem sümüyün götürüldüyü yerdə estetik problem olub".

M.Davudovun sözlərinə görə, ağızın əməliyyat aparılan hissəsində sümük olmadığına görə, xəstə yeməkləri çeynəyə bilmirmiş: "O nahiyədə boşluq olduğundan, xəstənin üzündə də bir batıqlıq yaranmışdı. Beş il ərzində şiş yenidən yaranmadığı üçün xəstənin istəyinə əsasən biz plastik estetik əməliyyat aparmağa qərar verdik".

Bu hallarda 2 cür əməliyyat növünün tətbiqi mümkündür. Bunlardan biri "damarlı sümük köçürülmə"sidir. Bu əməliyyat indiyədək ATU Tədris Cərrahiyyə Klinikasının həkimləri tərəfindən dəfələrlə uğurla icra olunub. Sadəcə, bu xəstənin şüa terapiyası alması səbəbindən bu əməliyyat onun üçün riskli hesab edilib. Məhəmməd Davudov bildirir ki, ona görə ikinci növ əməliyyata üstünlük verilib: "Biz qalça sümüyündən "qreft" adlandırılan sümük parçası götürüb, çənəyə uyğunlaşdırdıq. Yanaqdakı yumşaq toxuma batıqlığını isə xəstənin qasıq nahiyəsindən dərialtı derma qatı və onun altındakı piy qatını birgə götürməklə xəstənin batıqlıq olan hissəni bərpa etdik".

Həkimin sözlərinə görə, artıq xəstənin üzü öz yerini alır. Köçürülən sümük toxumasına 6 aydan sonra diş implantları qoyulacaq və xəstənin dişləri də tam bərpa olunacaq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az