• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-10-2018, 09:00

İqtisadi qazanc, mənəvi yaxınlaşma

İqtisadi qazanc, mənəvi yaxınlaşma

Ekspertlər hesab edir ki, Xəzərdə kruiz layihəsi tərəfdaş ölkələrin iqtisadi gücünə və turizm potensialına müsbət təsir göstərəcək

Nyus.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Bunu Trend-ə açıqlamasında Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. Nazir müavini bildirib ki, bu, analoqu olmayan unikal layihə olacaq: "Hesab edirik ki, bu layihənin reallaşması qarşılıqlı fayda verəcək və iki ölkə arasında davamlı və səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlər açacaq. Layihəyə iqtisadi baxımdan tələbat var, belə ki, bu, Xəzəryanı ölkələr arasında mədəni-regional əlaqələrin inkişafına xidmət edəcək. İlkin marşrutların coğrafiyası layihəyə cəlb olunmuş turoperatorlardan asılı olacaq. Həmin marşrutlar fərqli, yəni qısa, uzun ola bilər, idealda isə bütün Xəzəryanı ölkələri əhatə edəcək dəniz üzrə dairəvi marşrut ola bilər".

Onun sözlərinə görə, Rusiyada artıq bu istiqamətdə istifadə oluna biləcək kruiz teploxodu inşa edilir. O.Ruhullayeva qeyd edib ki, bu yaxınlarda Bakıda keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Forumu çərçivəsində də həmin layihə üzrə müzakirələr aparılıb: "Rusiya Prezidenti Bakıdakı nitqi zamanı Xəzərdə dəniz turizminin inkişafı üzrə ciddi istiqaməti vurğuladı. Biz də azərbaycanlı həmkarlarımızla forum çərçivəsində dəyirmi masa arxasında bu layihənin yaradılması ideyasını müzakirə etdik. Görüşün yekunu üzrə Azərbaycandan olan həmkarlarımızla Xəzərdə birgə layihənin işlənməsi və sinxronlaşdırılması barədə razılıq əldə etdik".

Nazir müavini deyib ki, Rusiya İqtisadiyyat Nazirliyinin "Rosturizm"lə və Azərbaycan tərəfi ilə birgə vəzifəsi marşrutun yaxın gələcəkdə tam gücü ilə işləməsi üçün infrastrukturun hazırlanmasıdır.

İqtisadçı alim Vüqar Bayramov deyir ki, bu layihə tərəfdaş ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərəcək: "Dəniz turizmi ilə bağlı layihənin hazırlanması Xəzər dənizinin statusunu müəyyənləşdirdikdən sonra bir daha gündəmə gəldi. Azərbaycan, Rusiya və eləcə də Qazaxıstan Xəzərdə dəniz turizminin inkişafında maraqlı olan tərəflərdir. Çünki dəniz turizmi turizmin ən cəlbedici sahələrindən biri hesab olunur. Tərəflər turizmin bu növündən faydalanaraq öz ölkəsinə daha çox turist cəlb etmək niyyətindədir. Azərbaycan üçün dəniz turizminin inkişafı ölkəyə gələn turistlərin sayının artırılması baxımından çox vacibdir. Çünki nəticə etibarilə bu, ölkəyə daxil olan valyuta həcminin artmasında ciddi rol oynayır. Bundan başqa, dəniz turizmi turizmin digər sahələrindən fərqli olaraq turistlərə bir deyil, bir neçə ölkə görmək imkanı yaradır. Turistlər gəmi vasitəsilə həm Bakını, həm də Rusiya və Qazaxıstanın Xəzər sahillərində yerləşən şəhərlərinə getmək imkanı qazanacaq. Bu həm də ölkələr arasında iqtisadi əməkdaşlığın güclənməsində mühüm rol oynayacaq. Dəniz turizmi Xəzərin potensialından geniş istifadə kimi də qiymətləndirilə bilər. Bu layihə həm də tərəfdaş ölkələrin iqtisadi inkişafına təsir göstərəcək".
Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə söylədi ki, bu, əslində bütövlükdə Xəzəryanı ölkələri əhatə edən bir layihədir: "Bu layihənin həyata keçirilməsi əslində bir müddət əvvəl nəzərdə tutulmuşdu. Rusiya tərəfi gəmi hazırlayacaq və digər Xəzəryanı ölkələr bu gəmi vasitəsilə dəniz turizminin inkişafına faktiki olaraq start verəcəklər. Əslində Xəzər dənizinin iqlimi ilə bağlı bu məsələ bir qədər gecikdi. Gəmi özlüyündə beşulduzlu otel tipli bir gəmidir. Bu gəmidə turistlərə bütün xidmətlər göstərilir. Yəni buraya qidalanma, əyləncə və yerləşdirmə xidmətləri daxildir. Düzdür, hələlik qiymətlərin nə qədər olacağı bəlli deyil. Burada icraçı tərəf Rusiyadır. Bu layihə ilk növbədə 5 ölkə arasında nəqliyyat vasitəsinə çevriləcək və turizm imkanlarının genişlənməsinə şərait yaradacaq. Biz sentyabr ayının sonlarında Həştərxan vilayətində olduq və bu məsələni orada geniş müzakirə etdik. Hər iki tərəfin turizm potensialının nümayiş etdirilməsi ilə bağlı ilkin razılığa gəldik. Rusiya turistlərinin Azərbaycana böyük marağı var. Vətənimizə gələn xarici vətəndaşların 30 faizindən çoxu Rusiya vətəndaşlarıdır. Onlar daha çox tur-paketlə səyahət etməyi sevirlər. Azərbaycanın Həştərxanda güclü diasporu və işgüzar mərkəzi var. Orada Heydər Əliyev adına məktəb fəaliyyət göstərir. Həmçinin "Made in Azerbaijan" brendi altında Azərbaycan məhsullarının satış mərkəzi var. Bütün bunlar iki ölkə arasında turizmin inkişafı üçün əlavə imkanlar yaradır. Bundan əlavə, Bakıda regionlararası forum keçirilərkən dəyirmi masalardan biri məhz turizm sahəsinə həsr olunmuşdu. Bütün bunlarla yanaşı, "İpək yolu" turizm layihəsinin imkanları araşdırılır. Türkdilli dövlətlərin layihəsi olan "İpək yolu" illik bir milyona yaxın turist cəlb edir. Hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır"

"Millenium Turizm Konqres DMC" şirkətinin rəhbəri Ruslan Quliyev deyir ki, layihənin turizm potensialımızın təbliği baxımından böyük əhəmiyyəti var: "Xəzəryanı dövlətlərin sonuncu toplantısından sonra Xəzərdə kruiz səyahətlərinin təşkil edilməsi artıq reallığa çevrildi: "Fikrimcə, Xəzəryanı ölkələri əhatə edən kruiz layihəsi bu gün çox aktualdır. Burada bir sıra məqamları da nəzərə almaq lazımdır. Məsələn, Xəzər küləkli dənizdir. Digər dənizlərə çıxışı yoxdur. Digər tərəfdən, kruiz üçün lazım olan gəmini də başqa ölkələrdən gətirmək çətindir. Bu gəmi texniki şərtlərə cavab verməlidir. Tutumu isə ən azı 400 nəfər olmalıdır. Bundan az sərnişinlə bu layihəni həyata keçirmək rentabelli olmaz. Təbii ki, bütün bunları nəzərə aldıqdan sonra kruiz layihəsinin gerçəkləşdirilməsi Azərbaycanın turizm potensialının tanıdılması baxımından çox əhəmiyyətlidir. Bu həm ölkəmizə turist axınını gücləndirər, həm də ölkəmizin təbliği baxımından güclü bir vasitə olardı. Əslində Xəzəryanı liman şəhərlərinə qarşılıqlı marşrutlar təşkil oluna bilər. Bunun üçün dövlətlər arasında razılıq olmalıdır. Eyni zamanda, həmin dövlətlərdə fəaliyyət göstərən özəl şirkətlər bu məsələdə maraqlı olmalıdır. Layihənin Azərbaycan üçün üstünlüyü ondan ibarətdir ki, kruizlə səyahət edən turistlər müxtəlif qiymətlərdə olan turizm məhsullarından istifadə edə biləcəklər. Onların 3, 5, 8 saatlıq turlarda iştirak etmək imkanları var. Bu isə əlavə gəlir mənbəyi kimi qiymətləndirilə bilər".

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az