
Futbol üzrə İspaniya Çempionatının 8-cu turu çərçivəsində "Barselona" komandası "Valensiya"nın qonağı olub.
Nyus.Az Trend-ə istinadən bildirir ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Oyunda hesabı 2-ci dəqiqədə Esekiel Garay açıb. "Barselona"nın cavabı 23-cü dəqiqədə gəlib: fərqlənən komandanın kapitanı Lionel Messi olub.
Beləliklə, "Barselona" komandası 15 xalla 2-ci pillədə qərarlaşıb. Birinci yerdə 16 xalla "Sevilya"dır, üçüncü və dördüncü yerlərdə isə "Atletiko Madrid" (15 xal) və "Real Madrid"dir (14 xal).
Nyus.Az

























