
Bu gün Topaz Premyer Liqasında 6-cı tura start veriləcək.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, açılış matçı "Bakcell Arena"da "Neftçi" və "Səbail" arasında keçiriləcək.
"Neftçi" ilə eyni xala malik "Qarabağ" isə səfərdə Premyer Liqanın debütantı "Sabah"la qarşılaşacaq. Bu komandalar indiyədək heç bir rəsmi görüşdə üz-üzə gəlməyiblər. Ağdam təmsilçisi üçün bu görüş İngiltərə "Arsenal"ı ilə oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçirəcəyi Avropa Liqasının II tur matçı ərəfəsində son sınaq olacaq. 5 oyundan sonra 10 xala malik "Sabah" qalib gəlsə, "Qarabağ"la xallarını bərabərləşdirəcək.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
29 sentyabr (şənbə)
18:55. "Neftçi" - "Səbail"
"Bakcell Arena"
20:50. "Sabah" - "Qarabağ"
"Əlincə Arena"
30 sentyabr (bazar)
18:00."Qəbələ" - "Keşlə"
Qəbələ şəhər stadionu
20:00."Sumqayıt" - "Zirə"
"Bayıl Arena"
N
Klublar
O
Q
H
M
T/F
X
1
Qarabağ
5
4
1
0
11-4
13
2
Neftçi
5
4
1
0
9-3
13
3
Sabah
5
3
1
1
5-4
10
4
Sumqayıt
5
2
1
2
7-6
7
5
Səbail
5
2
1
2
5-6
7
6
Qəbələ
5
1
1
3
6-8
4
7
Keşlə
5
0
1
4
4-9
1
8
Zirə
5
0
1
4
5-12
1
Bombardirlər:
Marko Deviç ("Sabah") - 5 qol
İnnosent Emeqara ("Qarabağ") - 3 qol
Mirsahib Abbasov ("Zirə") - 3 qol
Mahir Mədətov ("Qarabağ") - 2 qol
Kevin Kubemba ("Səbail") - 2 qol
Nyus.Az

























