
Türkiyə Superliqasında 6-cı tura yekun vurulub.
Nyus.Az qol.az-a istinadən xəbər verir ki, turun son matçında İstanbul derbisi baş tutub. "Fənərbaxça" öz meydanında "Beşiktaş"ı qəbul edib.
Görüşdə hesabı "Beşiktaş" açsa da, meydan sahibləri ikinci yarıda vurulan qolla yenilgidən qaçıblar - 1:1.
Türkiyə Superliqası
VI tur
24 sentyabr
"Fənərbaxça" - "Beşiktaş" 1:1
Qollar: Babel, 40 (0:1), Ayev, 71 (1:1)
Qeyd edək ki, bu heç-heçədən sonra "Fənərbaxça" 7 xalla turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. "Beşiktaş" isə 11 xalla dördüncüdür. Lider "Başakşehir"in aktivində 13 xal var. "Qalatasaray" və "Kasımpaşa" isə 12 xalla 2-3-cü yerləri bölüşürlər.
Nyus.Az

























