
Yosunlar dəniz bitkiləridir. Onlar dənizin yaşıllıq mənbəyidirlər. Həmçinin balıqların ən sevdikləri məkan yosunlu sahələrdir, çünki qorunmaq və qidalanmaq üçün ən uyğun yer məhz buradır. Lakin son illərdə yosunlu sahələr getdikcə azalmaqdadır. Bunun səbəbi isə, ekoloji çirklənmələrdir. Tullantıların dənizə atılması nəticəsində dəniz bitkiləri və heyvanları zərər çəkirlər.
Yosunların azalması balıqların azalmasıdır. Xüsusən də, cavan balıqlar bu problemdən əziyyət çəkirlər, çünki onlar gücsüzdürlər, qida və sığınacaq olmadığı halda isə, tələf olurlar.
Suonsi Universitetinin tədqiqatçıları dənizin dibində 28 hektar sahəni hərtərəfli öyrəniblər. Nəticələrdə bəlli olub ki, yosunlar az olan yerlərdə balıqların sayı olduqca məhduddur. Bu səbəbdən də, Milli Məclisin Deputatlarının dəstəyi ilə mühafizə qrupları yaradılmışdır.
Dənizi bacardığımız qədər qorumağa çalışaq. Əgər dəniz canlıları zərər çəksələr, biz də o zərərdən payımıza düşəni alacayıq.
Milli.Az

























